13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

24 ölkə Qəzzaya humanitar yardımın çatdırılması barədə çağırış edib

24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.

12 Avqust 2025 18:28
24 ölkə Qəzzaya humanitar yardımın çatdırılması barədə çağırış edib

BAKI, AzerVoice, Səməd Əyyubov

24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.

AzerVoice xəbər verir ki, bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.

“Qəzzadakı humanitar vəziyyət təsəvvürolunmaz səviyyəyə çatıb. Aclığın yayılmasını dayandırmaq üçün təcili tədbirlər görülməlidir” - deyə, bəyanatda vurğulanıb.

Sənədə Avstraliya, Belçika, Böyük Britaniya, Yunanıstan, Danimarka, Avropa İttifaqı (Aİ), İrlandiya, İslandiya, İspaniya, Kanada, Kipr, Lüksemburq, Litva, Malta, Niderland, Norveç, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, İsveçrə, İsveç, Estoniya və Yaponiyanın xarici işlər nazirləri, həmçinin Aralıq dənizi məsələləri üzrə Avropa Komissarı Dubravka Şuitsa və fövqəladə hallar üzrə Avropa Komissarı Adja Labib imza atıblar.

“Biz İsrail hökumətini beynəlxalq QHT-lərin bütün humanitar yüklərinə icazə verməyə və əsas humanitar təşkilatların fəaliyyətinə mane olan məhdudiyyətləri aradan qaldırmağa çağırırıq. Biz müharibəni dayandıracaq atəşkəsə, girovların azad edilməsinə və humanitar yardımın Qəzza zolağına maneəsiz çatdırılmasına ehtiyac duyuruq” - deyə, sənəddə qeyd olunub.

Qeyd edək ki, martın 2-dən etibarən Qəzzaya beynəlxalq humanitar yardım daxil olmur. İsrailin qərarı ilə bölgəyə giriş-çıxışa nəzarət edən bütün keçid məntəqələri bağlanıb. Hazırda ərzaq yardımı yalnız İsrail və ABŞ-ın nəzarətindəki “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə paylanır.

Mart ayında İsrail ordusu atəşkəsi pozaraq Qəzzada hərbi əməliyyatlara yenidən başlayıb. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda hələlik yeni atəşkəs razılaşmasına nail olunmayıb.

Məqalədə: #Qəzza #İsrail #Avropa #Qəzza zolağı #Kanada #Fransa #Böyük Britaniya #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #İsveç #Niderland #Yunanıstan #İspaniya #Malta #Belçika #Estoniya #Yaponiya #Litva #Norveç #Avstraliya #Portuqaliya #Danimarka #QHT #Slovakiya #Finlandiya #İrlandiya #İsveçrə #Kipr #humanitar yardım #humanitar böhran #bəyanat #Lüksemburq #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Humanitar yardım və diplomatiya #Qəzzədə humanitar böhran #Avropa Komissiyası (AK) #Qəzza humanitar böhranı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Humanitar yardım layihələri #Qəzza humanitar planı #Qəzza Humanitar Fondu #Qəzzada humanitar böhran 2025

Mövzu üzrə digər xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52

Son Xəbərlər

Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.