7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin vitse-prezidenti İsrailin Qəzzaya humanitar yardımın girişinə mane olmasını pisləyib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasını sərt şəkildə pisləyib. Bu barədə o "X" sosial şəbəkəsində yazıb.

27 İyul 2025 20:53
Türkiyənin vitse-prezidenti İsrailin Qəzzaya humanitar yardımın girişinə mane olmasını pisləyib

BAKI, AzerVoice

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasını sərt şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində yazıb.

“Uşaqları və qadınları aclığa məhkum edən İsrailin Baş naziri Netanyahunun hakimiyyəti, humanitar yardımları əngəlləməklə soyqırım, etnik təmizləmə və işğal siyasətlərini amansızcasına davam etdirir. Bu yanaşma artıq sözün bitdiyi yerdir. Belə bir vəhşiliyin baş verdiyi bir dünyada heç kim gələcəyə ümidlə baxa bilməz. Bu mənzərəyə rəğmən İsrailə dəstək verən bütün tərəflər tarixdə qaranlıq səhifələrdə yer alacaq və bu insanlıq cinayətinin ortaq iştirakçıları kimi xatırlanacaqlar” - deyə, o bildirib.

Yılmaz, həmçinin beynəlxalq qurumlara və dövlətlərə də çağırış edib.

“Beynəlxalq qurumlar və məsuliyyət daşıyan dövlətlər Netanyahu hakimiyyəti üzərindəki təzyiqləri artırmalı və bu faciəyə son qoymalıdır. İsrail hakimiyyətinin olduqca qısa müddətli və formal addımları, ictimai rəyi sakitləşdirmək və qətliamlarını davam etdirmək üçün göstərilən bir illyuziyadır. Humanitar yardım fasiləsiz və yetərli səviyyədə təmin edilməlidir. Türkiyə olaraq bütün imkanlarımızla zülmə uğrayan Fələstin xalqının yanında olmağa davam edəcəyik” - deyə, o vurğulayıb.

Qeyd edək ki, İsrail ordusu Qəzzaya humanitar yardımların havadan çatdırılmasının bərpa olunduğunu və BMT karvanlarının ərzaq və dərman daşımaları üçün təhlükəsiz keçid dəhlizlərinin yaradıldığını açıqlayıb.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Cevdet Yılmaz #Qəzza zolağı #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #Humanitar yardım layihələri #Qəzza humanitar planı #Qəzzada humanitar böhran 2025 #Qəzza humanitar böhran

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.