12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzza ilə bağlı danışıqlarda heç bir irəliləyiş yoxdur - HƏMAS

Qətər və Misir Qəzza zolağındakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir, lakin HƏMAS bu səylərin nəticələri barədə məlumat almayıb. Qətər və Misirdəki vasitəçilər səylərini dayandırmayıblar, amma indiyədək bu səylərin nəzərəçarpacaq nəticəsi olmayıb və HƏMAS rəsmi olaraq heç bir nəticə barədə məlumatlandırılmayıb.

10 Avqust 2025 16:40
Qəzza ilə bağlı danışıqlarda heç bir irəliləyiş yoxdur - HƏMAS

BAKI, AzerVoice, Səməd Əyyubov

Qətər və Misir Qəzza zolağındakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir, lakin HƏMAS bu səylərin nəticələri barədə məlumat almayıb.

AzerVoice xəbər verir ki, bu barədə hərəkatın siyasi büro üzvü Usamə Həmdan "Al Araby" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Dohada keçirilən son danışıqlar raundunda tərəfləri qane edəcək razılaşmaya demək olar ki, nail olunmuşdu, lakin ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffun açıqlamaları bütün prosesi pozdu. Həmdan qeyd edib ki, Qətər və Misirdəki vasitəçilər səylərini dayandırmayıblar, amma indiyədək bu səylərin nəzərəçarpacaq nəticəsi olmayıb və HƏMAS rəsmi olaraq heç bir nəticə barədə məlumatlandırılmayıb.

Qəzza zolağında hərtərəfli razılaşma imkanı barədə danışan Həmdan bildirib ki, HƏMAS bir ildən çox əvvəl İsrailin aqressiyasının dayandırılmasını, bütün İsrail qüvvələrinin çıxarılmasını, zolağın bütün sərhəd-keçid məntəqələrinin açılmasını, Qəzzanın bərpasını və girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutan təklif təqdim edib. Onun sözlərinə görə, İsrail bu təklifi qəbul etməyib və mərhələli razılaşma təklif edərək sonradan onu da pozub. Həmdan vurğulayıb ki, əgər təqdim olunacaq hərtərəfli həll yuxarıda sadalanan şərtləri özündə əks etdirərsə, HƏMAS bunu müsbət qarşılayacaq.

Xatırladaq ki, iyulun 6-da HƏMAS və İsrail Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada atəşkəs və Qəzzada saxlanılan israilli girovların azad edilməsi üzrə razılaşmaya nail olmaq məqsədilə danışıqlara yenidən başlayıblar. İyulun 24-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın son atəşkəs təklifinə cavabı ilə bağlı İsrail nümayəndə heyətini Dohadan geri çağırıb. ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff isə bildirib ki, HƏMAS-ın cavabı Qəzzada atəşkəsə nail olmaq istəyi olmadığını açıq göstərdiyi üçün ABŞ da nümayəndələrini məsləhətləşmələr üçün Dohadan geri çağırıb. HƏMAS bu qiymətləndirmə ilə razılaşmayaraq vasitəçilərin cavabı “konstruktiv” adlandırdıqlarını bildirib. İyulun sonunda isə HƏMAS lideri Xəlil əl-Həyyə blokada davam edərkən İsraillə danışıqları mənasız adlandırıb.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Misir #Qətər #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzanın işğalı #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #danışıqlar #İsrail-HƏMAS danışıqları

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31

Son Xəbərlər

Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.