10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada həyatını itirənlərin sayı 63 minə çatır

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 76 nəfər artaraq 62 min 895 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb. Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 76 nəfərin nəəşi və 298 yaralı çatdırılıb. İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlar zamanı 11 min 50 fələstinlinin həyatını itirdiyi, 46 min 886 nəfərin isə yaralandığı bildirilib.

27 Avqust 2025 17:01
Qəzzada həyatını itirənlərin sayı 63 minə çatır

BAKI, AzerVoice, Nailə Babazadə

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 76 nəfər artaraq 62 min 895 nəfərə çatıb.

AzerVoice xəbər verir ki, Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb.

Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 76 nəfərin nəəşi və 298 yaralı çatdırılıb.

İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlar zamanı 11 min 50 fələstinlinin həyatını itirdiyi, 46 min 886 nəfərin isə yaralandığı bildirilib.

Son 24 saatda humanitar yardım gözləyən insanlara qarşı həyata keçirilən hücumlarda 18 fələstinli həyatını itirib, 106 nəfər isə yaralanıb.

İsrail və ABŞ tərəfindən yönləndirilən yardım bölgələrində fələstinlilərin hədəf alındığı sistemli hücumlar nəticəsində 27 maydan bu yana ölənlərin sayı 2 min 158, yaralananların sayı isə 15 min 843 nəfərə çatıb.

Ümumilikdə, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına etdiyi hücumlarda həyatını itirənlərin sayı 62 min 895, yaralananların sayı isə 158 min 927 nəfər olaraq açıqlanıb.

Qəzza zolağında uçurulmuş binaların dağıntıları altında hələ də minlərlə meyitin olduğu bildirilir.

Bundan əlavə, İsrailin sərhəd keçidlərini bağlayaraq yardım girişini məhdudlaşdırması nəticəsində aclığa sürüklənən Qəzzədə son 24 saat ərzində 10 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, 7 oktyabrdan bu yana aclıqdan ölənlərin ümumi sayının 119-si uşaq olmaqla 313 nəfərə çatdığı vurğulanıb.

Məqalədə: #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Fələstinlilərin məcburi köçü #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Fələstin soyqırımı #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Fələstin məsələsi #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Donald Tramp və Qəzza planı #Qəzza və Livanda AI texnologiyaları #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Hizbullah və Qəzza həmrəyliyi

Mövzu üzrə digər xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Yaxın Şərq

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir

18:58
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
Suriya

İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub

18:53
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Yəmən

Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir

18:36
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
İordaniya

İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir

18:26

Son Xəbərlər

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
19:35
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
19:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.