13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Brüsseldə on minlərlə insan Fələstinlə həmrəylik aksiyasına çıxıb

Belçikanın xarici işlər naziri Maksim Privo isə bir neçə gün əvvəl verdiyi açıqlamada Avropa İttifaqının Qəzza məsələsində “öz məsuliyyətinin öhdəsindən gələ bilmədiyini” bildirib. Onun sözlərinə görə, ittifaqın xarici siyasətdəki etibarı sürətlə zəifləyir.

8 Sentyabr 2025 09:04
Brüsseldə on minlərlə insan Fələstinlə həmrəylik aksiyasına çıxıb

BAKI, AzerVoice – Belçikanın paytaxtı Brüsseldə bazar günü on minlərlə insan Fələstin xalqına dəstək üçün küçələrə çıxıb. Polis nümayişçilərin sayını təxminən 70 min olaraq açıqlasa da, təşkilatçılar iştirakçıların sayının 120 minə çatdığını bildiriblər.

Etirazçılar qırmızı kartlar və “soyqırımın dayandırılması” şüarlarının yazıldığı plakatlar qaldıraraq, İsrailə qarşı əlavə tədbirlər görülməsini və fələstinli mülki əhalinin müdafiə olunmasını tələb ediblər.

Belçika-Fələstin Assosiasiyasının sözçüsü Qriqori Mozye də mövcud tədbirlərin kifayət etmədiyini qeyd edib.

“Davam edən soyqırım fonunda indiyə qədər atılan addımlar gözlənilən səviyyədə deyil.”-deyə o bildirib.

Belçikanın xarici işlər naziri Maksim Privo isə bir neçə gün əvvəl verdiyi açıqlamada Avropa İttifaqının Qəzza məsələsində “öz məsuliyyətinin öhdəsindən gələ bilmədiyini” bildirib. Onun sözlərinə görə, ittifaqın xarici siyasətdəki etibarı sürətlə zəifləyir.

Nazir əlavə edib ki, Aİ ölkələri arasında ciddi parçalanma var və üzv dövlətlər aylarla İsrailə qarşı sanksiyalar tətbiqi barədə razılığa gələ bilməyiblər.

BMT avqustun sonunda Qəzzada aclığın olduğunu rəsmən elan edib. Bu, İsrailin humanitar yardımlara davamlı məhdudiyyətlər qoyması fonunda baş verib.

Belçika isə cavab olaraq İsrailə və Baş nazir Benyamin Netanyahunun hökumətindəki iki ifrat sağçı nazirə qarşı iqtisadi və konsulluq məhdudiyyətlərini əhatə edən sanksiyalar tətbiq edib. Rəsmi Brüssel həmçinin Fransa da daxil olmaqla bir sıra ölkələrlə birlikdə bu ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində Fələstini dövlət kimi tanıyacağını açıqlayıb.

Məqalədə: #Fələstin #Fələstin Səhiyyə Nazirliyi #Fələstinə dəstək yürüyüşü #BƏƏ və Fələstin məsələsi #Fələstinlilərin məcburi köçü #İsrail cinayətləri #Tam müstəqil Fələstin dövlətinin qurulmasını dəstəkləyirik deyərək #Fələstinlə həmrəylik aksiyası

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.