7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail son 72 saat ərzində Qəzzada 5 çoxmərtəbəli binanı və 350 çadırı bombalayıb

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində son 72 saat ərzində hər biri ən azı 7 mərtəbədən ibarət olan və ümumilikdə 209 mənzili əhatə edən 5 çoxmərtəbəli binanı bombalayıb. Bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi yazılı açıqlama yayıb. Bildirilib ki, mövcud humanitar böhran şəraitində hər bir mənzildə orta hesabla 20 nəfər yaşayırdı. Bu da ən azı 4 min 100 qadın, uşaq və yaşlının evsiz qaldığı deməkdir. Açıqlamada əlavə olunur ki, yerindən edilən insanlar üçün qurulmuş və hər biri 10 nəfərlik olan 350 çadır da İsrail hücumları nəticəsində dağıdılıb. Nəticədə təxminən 3 min 500 nəfər daha sığınacaqdan məhrum olub.

9 Sentyabr 2025 16:03
İsrail son 72 saat ərzində Qəzzada 5 çoxmərtəbəli binanı və 350 çadırı bombalayıb

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində son 72 saat ərzində hər biri ən azı 7 mərtəbədən ibarət olan və ümumilikdə 209 mənzili əhatə edən 5 çoxmərtəbəli binanı bombalayıb.

AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi yazılı açıqlama yayıb. Bildirilib ki, mövcud humanitar böhran şəraitində hər bir mənzildə orta hesabla 20 nəfər yaşayırdı. Bu da ən azı 4 min 100 qadın, uşaq və yaşlının evsiz qaldığı deməkdir.

Açıqlamada əlavə olunur ki, yerindən edilən insanlar üçün qurulmuş və hər biri 10 nəfərlik olan 350 çadır da İsrail hücumları nəticəsində dağıdılıb. Nəticədə təxminən 3 min 500 nəfər daha sığınacaqdan məhrum olub.

Son 72 saat ərzində Qəzza şəhərində təxminən 550 ailə – yəni 7 min 600 nəfər – evsiz qalıb. Açıqlamada bu şəxslərin ən əsas həyat tələbatlarından məhrum bir vəziyyətdə, ölüm, aclıq və dözülməz istilərlə mübarizə apardıqları bildirilir.

Mülki Müdafiə İdarəsi beynəlxalq ictimaiyyətə çağırış edərək vurğulayıb:

“Dünya Qəzza şəhərindən yüksələn yardım çağırışlarını səssizcə izləyir. Minlərlə günahsız insanın həyatını xilas etmək üçün dərhal müdaxilə edin.”

Xatırladaq ki, İsrail ordusu son günlərdə işğalçı hücumları çərçivəsində Qəzza şəhərindəki çoxmərtəbəli yaşayış binalarını hava zərbələri ilə tamamilə yerlə bir edir.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #BMT-nin Qəzza hesabatı #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzza böhranı və Qərbin mövqeyi #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.