6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Qəzza zolağına hava hücumlarında daha 9 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində azı 9 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Hücumlar həm mülki yaşayış evlərini, həm də yerindən edilmiş insanların sığındığı çadırları və yardım növbəsində gözləyən insan qruplarını hədəf alıb.

11 Sentyabr 2025 16:04
İsrailin Qəzza zolağına hava hücumlarında daha 9 fələstinli həlak olub

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində azı 9 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Hücumlar həm mülki yaşayış evlərini, həm də yerindən edilmiş insanların sığındığı çadırları və yardım növbəsində gözləyən insan qruplarını hədəf alıb.

AzerVoice xəbər verir ki, şahidlərinin və tibbi mənbələrin məlumatına görə, Qəzzanın qərbində yerləşən Şəti qaçqın düşərgəsində bir çadıra edilən hücum nəticəsində 3 fələstinli ölüb. Səhər saatlarından etibarən hücumlarını artıran İsrail ordusu, Qəzzanın mərkəzindəki Yermuk bölgəsində Ebu Herbid ailəsinə məxsus bir çadırı hədəf alıb. Həmin hücum nəticəsində bir qadın həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Bundan əlavə, Şucaiyə dairəsinin yaxınlığında, yardım almaq üçün toplaşan mülki şəxslərə qarşı həyata keçirilən hücumda daha bir qadın ölüb. Dərəc bölgəsində Şuva ailəsinə aid evə edilən hücum nəticəsində isə bir neçə nəfər yaralanıb.

İsrailin hücumları yalnız hava zərbələri ilə məhdudlaşmayıb. Nafak küçəsi və Şeyx Rıdvan gölünün ətrafı da ağır top atəşinə məruz qalıb. Eyni zamanda, Fələstin Esirlər Media Ofisinin məlumatına görə, İsrail qüvvələri Qəzza sahillərində fələstinli balıqçıları saxlayaraq qayıqlarını məhv edib.

Qəzza zolağının mərkəzində yerləşən Bureyc düşərgəsində, mülki yaşayış evlərinə atəş açılması nəticəsində bir fələstinli uşaq həyatını itirib. Deyr əl-Bəlah şəhərində yerləşən Hadicə Bassa məktəbinin yaxınlığında bir evin vurulması nəticəsində də çoxsaylı yaralılar var.

Zolağın cənubundakı Rəfah şəhərində, Şakuş bölgəsində yardım gözləyən insanlara qarşı açılan atəş nəticəsində iki nəfər həyatını itirib. Bundan başqa, Xan Yunus şəhərinin şimalındakı Hamed bölgəsində toplaşan mülki şəxslərə edilən hücum nəticəsində daha bir fələstinli öldürülüb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzada infrastruktur yeniləmələri #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.