7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Dohada ərəb və islam ölkələrinin birgə iclası keçirilir

Dohada Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə qapalı iclası keçirilir. İclas İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi hava zərbəsinə həsr olunub. İclasın əsas məqsədi İsrailin HƏMAS siyasi bürosunun üzvlərinə qarşı hücumu ilə bağlı vahid mövqenin formalaşdırılmasıdır.

14 Sentyabr 2025 17:12
Dohada ərəb və islam ölkələrinin birgə iclası keçirilir

BAKI, AzerVoice, Səməd Əyyubov

Dohada Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə qapalı iclası keçirilir. İclas İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi hava zərbəsinə həsr olunub.

AzerVoice xəbər verir ki, iclasın əsas məqsədi İsrailin HƏMAS siyasi bürosunun üzvlərinə qarşı hücumu ilə bağlı vahid mövqenin formalaşdırılmasıdır.

Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsarinin sözlərinə görə, iştirakçılar həmçinin sabah Dohada keçiriləcək ƏDL və İƏT sammitinin yekun qətnamə layihəsini hazırlayacaqlar.

Gözlənilir ki, ərəb və islam ölkələrinin liderləri HƏMAS-ın iqamətgahına zərbələri sərt şəkildə pisləyəcək və Qətər hakimiyyəti ilə həmrəylik nümayiş etdirəcəklər. Yekun sənəddə, həmçinin vasitəçilik missiyasını həyata keçirən dövlətlərin ərazilərinə edilən hücumların yolverilməzliyi xüsusi vurğulanacaq.

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani bəyan edib ki, hökumət bu hücumu dövlət terrorizmi aktı kimi qiymətləndirir. Onun sözlərinə görə, zərbə HƏMAS rəhbərlərinin ABŞ-ın Qəzza zolağında münaqişənin həlli ilə bağlı son təklifini müzakirə etdiyi vaxt endirilib.

Al Tani əlavə edib ki, İsrailin hücumu HƏMAS-ın saxladığı israilli girovların azad olunacağına dair bütün ümidləri məhv edib. Bu səbəbdən Qətər Qəzza üzrə vasitəçilik missiyasında iştirakını yenidən nəzərdən keçirir.

Məqalədə: #İsrail #İslam Əməkdaşlıq Təşkilatı #Qətər #Ərəb Liqası #HƏMAS #Doha #İƏT #Ərəb ölkələri #iclas #Məcid Əl-Ənsari

Mövzu üzrə digər xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

6 Sentyabr 19:34
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.