7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya Prezidenti BMT-də sanksiyaların ləğvini tələb edib

Suriya Prezidenti Əhməd əş-Şəraa BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, ölkəsinin regionda “sülh və firavanlıq məkanı”na çevrildiyini bildirib və beynəlxalq ictimaiyyəti Dəməşqə qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb.

25 Sentyabr 2025 15:43
Suriya Prezidenti BMT-də sanksiyaların ləğvini tələb edib

BAKI, AzerVoice, Fərid Mikayılov

Suriya Prezidenti Əhməd əş-Şəraa BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, ölkəsinin regionda “sülh və firavanlıq məkanı”na çevrildiyini bildirib və beynəlxalq ictimaiyyəti Dəməşqə qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb.

AzerVoice xəbər verir ki, Əş-Şəraa qeyd edib ki, əvvəlki hakimiyyət dövründə təxminən bir milyon insan öldürülüb, iki milyon ev dağıdılıb və vətəndaşlara qarşı “ən dəhşətli işgəncə üsullarından” istifadə olunub.

O, günahkarların ədalət mühakiməsinə cəlb ediləcəyini və ölkədə milli birliyi pozmağa yönələn məzhəbçilik cəhdlərinin uğursuzluğa düçar olduğunu vurğulayıb.

Əş-Şəraa bildirib ki, sanksiyalar sadə suriyalıların həyatını iflic vəziyyətinə salır.

“Biz diplomatiya və sabitlik siyasəti qəbul etmişik, 1974-cü ildə İsraillə Colan təpələrində döyüşləri dayandıran razılaşmaya sadiq qalırıq”- deyə Suriya lideri qeyd edib.

Əl-Şaraa həmçinin seçkilərin keçirildiyini, mülki və hərbi institutların yenidən qurulduğunu, silahlı qrupların ləğv edilərək bütün silahların dövlətin ixtiyarına verildiyini bildirib.

Məqalədə: #BMT #Suriya #Colan Təpələri #Əhməd əş-Şəraa siyasəti #BMT Baş Assambleyası #İsrailin Suriya hücumu #Əhməd əş-Şəraa

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.