8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzza zolağının idarə edilməsində keçid dövründə iştirak etməyəcəyik - HƏMAS

“HƏMAS” hərəkatının danışıqlar heyətinə yaxın bir mənbə bildirib ki, təşkilat İsraillə müharibədən sonrakı keçid mərhələsində Qəzza zolağının idarə edilməsində iştirak etməyəcək. AzerVoice xəbər verir ki, bu açıqlama atəşkəsin qüvvəyə minməsindən bir neçə gün sonra verilib.

12 Oktyabr 2025 14:21
Qəzza zolağının idarə edilməsində keçid dövründə iştirak etməyəcəyik - HƏMAS

BAKI,AzerVoice

“HƏMAS” hərəkatının danışıqlar heyətinə yaxın bir mənbə bildirib ki, təşkilat İsraillə müharibədən sonrakı keçid mərhələsində Qəzza zolağının idarə edilməsində iştirak etməyəcək. AzerVoice xəbər verir ki, bu açıqlama atəşkəsin qüvvəyə minməsindən bir neçə gün sonra verilib.

Mənbə AFP agentliyinə açıqlamasında qeyd edib ki, “HƏMAS üçün Qəzza zolağının idarə olunması məsələsi artıq qapanıb. Hərəkat keçid mərhələsində iştirak etməyəcək, yəni Qəzzanın idarəçiliyindən imtina edir. Lakin o, Fələstin cəmiyyətinin ayrılmaz bir hissəsi olaraq qalacaq”.

Mənbə əlavə edib ki, HƏMAS uzunmüddətli atəşkəsi qəbul edib və bu müddət ərzində silahdan yalnız İsrailin hücumu halında istifadə olunacağını bildirib. Hərəkatın digər rəhbər şəxsi isə daha əvvəl silahın təhvil verilməsinin “mümkün olmadığını” açıqlamışdı.

Tramp tərəfindən təqdim olunan və 20 maddədən ibarət sülh planı atəşkəs və əsirlərin dəyişdirilməsi ilə yanaşı, Qəzzada idarəetmənin “Sülh Şurası”nın nəzarəti altında texnokratlardan ibarət fələstinli komitəyə verilməsini nəzərdə tutur. Şuraya ABŞ-ın keçmiş prezidenti Donald Tramp rəhbərlik edəcək, onun üzvləri arasında Böyük Britaniyanın sabiq baş naziri Toni Bler də yer alacaq.

Mənbənin sözlərinə görə, “HƏMAS digər fələstinli qruplarla birlikdə 40 nəfərlik siyahı təqdim edib, heç birinə veto qoyulmayıb və bu şəxslərin heç biri HƏMAS üzvü deyil”.

Xatırladaq ki, İsrail və HƏMAS ötən cümə axşamı Misirin Şarm əl-Şeyx şəhərində atəşkəs sazişi imzalayıb. İki ildir davam edən müharibəyə son qoyan bu razılaşma əsirlərin dəyişdirilməsini və İsrail qüvvələrinin razılaşdırılmış mövqelərə çəkilməsini nəzərdə tutur.

İsrail ordusu bəyan edib ki, atəşkəs artıq qüvvəyə minib və qüvvələr birinci mərhələyə uyğun olaraq geri çəkilib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İran və HƏMAS əlaqələri #HƏMAS və İslami Cihad #HƏMAS-ın mövqeyi #Qəzza zolağının idarə edilməsi

Mövzu üzrə digər xəbərlər

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

14:09
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.