10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəssam Briqadaları atəşkəsin birinci mərhələsində 20 israilli girovu azad edəcək - HƏMAS

HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb. Hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib. Bəyanata görə, Qəssam Briqadaları Qəzzədə atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.

13 Oktyabr 2025 12:01
Qəssam Briqadaları atəşkəsin birinci mərhələsində 20 israilli girovu azad edəcək - HƏMAS

BAKI, AzerVoice, Nailə Babazadə

HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib.

Bəyanata görə, Qəssam Briqadaları Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.

Açıqlamada bildirilib: “Hərəkat bu addımla öhdəliklərini yerinə yetirməkdə qərarlı olduğunu təsdiqləyir. HƏMAS bu addımı ilə həm də vasitəçilərin sionist düşməni razılaşmadakı öhdəliklərini yerinə yetirməyə məcbur etmək və razılaşmanın bütün maddələrinin icrasını tamamlamaq istiqamətində göstərdikləri səylərin əhəmiyyətini vurğulayır.”

Uzun illər İsrail həbsxanalarında ömürlük həbs cəzası çəkən fələstinli məhbusların azad olunmasının Qəzza zolağındakı fələstin xalqının göstərdiyi müqavimətin nəticəsi və “yeni nasistlər qarşısında boyun əyməyən güclü iradənin” göstəricisi olduğu qeyd edilib.

Bəyanatda vurğulanıb ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada iki il ərzində törətdiyi soyqırım və dağıntılara baxmayaraq girovları xilas edə bilməyib və sonda fələstinli müqavimət qruplarının şərtlərini qəbul etməyə məcbur qalıb.

Netanyahunun girovları geri alma yolunun yalnız atəşkəs və girov mübadiləsi razılaşması vasitəsilə mümkün olduğunu nəhayət dərk etdiyi qeyd olunub.

“Netanyahu və ordusunun hücum cəhdlərinə baxmayaraq, fələstinli döyüşçülər israilli girovları qorumağa çalışdılar. Qəzzədəki israilli girovları qorumağımıza baxmayaraq, işğal həbsxanalarındakı fələstinli məhbuslar hər cür işgəncə və hüquq pozuntularına məruz qaldılar.” - deyə Netanyahu qeyd edib.

HƏMAS bildirib ki, İsrail həbsxanalarındakı məhbusların azad olunması Fələstin məsələsinin prioritetlərindən biri olaraq qalacaq.

HƏMAS daha əvvəl ilk mərhələdə 7 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) nümayəndə heyətinə təhvil vermişdi. İsrail ordusu da girovların Qızıl Xaç nümayəndələrindən təhvil alındığını açıqlamışdı.

Bildirilib ki, ICRC nümayəndə heyəti Qəzzada atəşkəs və girov mübadiləsi razılaşması çərçivəsində israilli girovların təhvil alınacağı ikinci məntəqəyə doğru yola çıxıb.

Məqalədə: #HƏMAS #Beynəlxalq Qırmızı Xaç Komitəsi #Yaxın Şərq #Yaxın Şərq münaqişəsi #Yaxın Şərq problemləri #Yaxın Şərq siyasəti #Yaxın Şərq gərginliyi #Yaxın Şərq sülhü #Yaxın Şərqdə qeyri-sabitlik #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #Girov mübadiləsi danışıqları #HƏMAS-ın mövqeyi #HƏMAS və Qəzzanın gələcəyi #HƏMAS-ın bəyanatı #HƏMAS İsrail münaqişəsi #HƏMAS-ın girovlarla bağlı siyasəti #Girovların azad olunması çağırışı #Girov məsələsi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.