8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail, atəşkəsə baxmayaraq UNRWA-nın Qəzzaya yardım göndərməsinə icazə vermir

İsrail, 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, Birləşmiş Millətlərin Fələstinli Qaçqınlara Yardım və İcra Agentliyi (UNRWA)-nın Qəzza zolağına humanitar yardım göndərməsinə artıq 7 aydan çoxdur ki, qoyduğu qadağanı davam etdirir. UNRWA, atəşkəsin ardından Qəzzaya göndərilən yardımların vəziyyəti ilə bağlı Anadolu Agentliyinin (AA) suallarını yazılı şəkildə cavablandırıb.

15 Oktyabr 2025 14:44
İsrail, atəşkəsə baxmayaraq UNRWA-nın Qəzzaya yardım göndərməsinə icazə vermir

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail, 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, Birləşmiş Millətlərin Fələstinli Qaçqınlara Yardım və İcra Agentliyi (UNRWA)-nın Qəzza zolağına humanitar yardım göndərməsinə artıq 7 aydan çoxdur ki, qoyduğu qadağanı davam etdirir.

AzerVoice xəbər verir ki, UNRWA, atəşkəsin ardından Qəzzaya göndərilən yardımların vəziyyəti ilə bağlı Anadolu Agentliyinin (AA) suallarını yazılı şəkildə cavablandırıb.

Açıqlamada, İsrailin 2 mart tarixindən etibarən UNRWA-nın Qəzzaya ərzaq da daxil olmaqla heç bir humanitar yardım göndərməsinə icazə vermədiyi vurğulanıb. Qeyd edilib ki, ötən həftə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq bu qadağa davam edir.

UNRWA-nın anbarlarında hazırda minlərlə yük maşını dolduracaq qədər yardım ləvazimatının olduğu və bu yardımın Qəzzadakı bütün əhalinin 3 aylıq ərzaq ehtiyacını qarşılayacaq miqdarda olduğu bildirilib.

Eyni zamanda, Qəzzanın dağıdılması nəticəsində 1,3 milyon insanın sığınacaq ehtiyacını qarşılamaq üçün yetərli məskunlaşma və sığınacaq materiallarının da mövcud olduğu vurğulanıb.

Açıqlamada qeyd edilib ki, İsrail atəşkəsə baxmayaraq, həm qida, həm də barınacaq materiallarına ciddi ehtiyacın olduğu Qəzzaya UNRWA-nın bir dənə belə yardım tırının daxil olmasına icazə verməyib.

Qəzzada 12 min əməkdaşı ilə UNRWA bölgədəki ən böyük humanitar yardım təşkilatıdır. Atəşkəs qüvvədə olsa da, bu təşkilatın yardım göndərməsinə qoyulan qadağa hələ də qüvvədədir.

Atəşkəs razılaşmasına əsasən, İsrailin hər gün 600 yardım tırının Qəzzaya girişinə icazə verməsi tələb olunur. Lakin reallıqda bu rəqəm çox aşağıdır.

Qəzzadakı hökumətin Mətbuat Ofisinin rəhbəri İsmail əs-Sevabite, atəşkəsin qüvvəyə minməsindən bu yana Qəzza zolağına sadəcə 173 yardım tırının daxil olduğunu, bu miqdarın isə bölgədəki minimum ehtiyacları belə qarşılamaqdan uzaq olduğunu bildirib.

UNRWA, atəşkəsdən sonra Qəzzaya daxil olan yardım tırlarının sayına dair özündə dəqiq məlumat olmadığını açıqlayıb. BMT-nin Humanitar Əlaqələndirmə Ofisi (OCHA) da AA-ya verdiyi yazılı cavabda onların da bu məlumatlara sahib olmadığını bildirib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #UNRWA #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #İsrail və UNRWA gərginliyi #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 73 658-ə çatıb

7 Sentyabr 18:05

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.