6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Ali Məhkəməsi hökumətə 7 oktyabr hadisələri ilə bağlı istintaq komissiyası yaratmaq üçün bir ay vaxt verdi

İsrailin Ali Məhkəməsi çərşənbə günü axşam saatlarında Baş nazir Benyamin Netanyahu hökumətinə 2023-cü il 7 oktyabr hadisələrini araşdırmaq məqsədilə rəsmi istintaq komissiyası yaratmaq üçün bir ay müddətində vaxt verib. Bu qərar, müharibənin başa çatdığının elan edilməsindən sonra Netanyahunun qarşılaşdığı ilk ciddi daxili təzyiq kimi qiymətləndirilir.

16 Oktyabr 2025 07:00
İsrail Ali Məhkəməsi hökumətə 7 oktyabr hadisələri ilə bağlı istintaq komissiyası yaratmaq üçün bir ay vaxt verdi

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrailin Ali Məhkəməsi çərşənbə günü axşam saatlarında Baş nazir Benyamin Netanyahu hökumətinə 2023-cü il 7 oktyabr hadisələrini araşdırmaq məqsədilə rəsmi istintaq komissiyası yaratmaq üçün bir ay müddətində vaxt verib. Bu qərar, müharibənin başa çatdığının elan edilməsindən sonra Netanyahunun qarşılaşdığı ilk ciddi daxili təzyiq kimi qiymətləndirilir.

Həmin gün “HƏMAS” hərəkatı Qəzza zolağı yaxınlığındakı hərbi bazalara və yaşayış məntəqələrinə hücum etmiş, onlarla israillini öldürmüş və əsir götürmüşdü. Hərəkat bu addımı “işğalçı İsrailin fələstinlilərə və xüsusilə Əl-Əqsa məscidinə qarşı gündəlik cinayətlərinə cavab” adlandırmışdı.

Kəşfiyyat və ordu üçün ən böyük uğursuzluq

İsrail rəsmiləri və hərbi ekspertlər 7 oktyabr hadisələrini ölkənin tarixində ən böyük kəşfiyyat və hərbi fiasko adlandırır. Bu hadisə İsrailin beynəlxalq imicinə və ordusunun nüfuzuna ciddi zərbə vurub.

Ali Məhkəmənin qərarı

Ali Məhkəmə hökumətdən hadisələrin səbəblərini araşdırmaq, məsul şəxsləri müəyyənləşdirmək və ictimai hesabat hazırlamaq məqsədilə rəsmi istintaq komissiyasının yaradılmasını tələb edən ərizəyə baxıb.
Məhkəmənin qərarında qeyd olunur ki:

“Hökumət 30 gün ərzində komissiyanın yaradılması barədə məhkəməyə hesabat təqdim etməlidir, çünki onun yaradılması zəruriliyi ilə bağlı fikir ayrılığı yoxdur.”

İsrailin rəsmi yayımlayıcısı KAN məlumat verir ki, bu qərar Netanyahunun kabinetinə əlavə siyasi təzyiq yaradır və 7 oktyabr hadisələrinin şəffaf araşdırılmasının vacibliyini önə çəkir.

Məqalədə: #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Livan #HƏMAS #Hizbullah #İsmayıl Haniyə #Əl-Qəssam Briqadaları #Yəhya Sinvar #Qəzza hücumu #7 Oktyabr HƏMAS hücumu #7 Oktyabr istintaq komissiyası #İsrail dövlət televiziyası KAN #İsrailin Ali Məhkəməsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.