8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin avadanlıq girişinə icazə verməməsi, əsir cəsədlərinin təhvilini gecikdirir - HƏMAS

HƏMAS, israilli əsirlərin cəsədlərinin təhvil verilməsinin İsrailin bölgəyə xilasetmə avadanlıqlarının girişinə icazə verməməsi səbəbindən gecikdiyini açıqlayıb. Bu barədə HƏMAS-ın yaydığı bəyanatda bildirilib. “İsrailli əsirlərə aid bəzi cəsədlər işğalçı İsrailin bombardmanları nəticəsində dağılan tunellər və binaların dağıntıları altında qalıb. Gecikmə, İsrailin Qəzzaya xilasetmə avadanlıqlarının daxil olmasına maneə yaratmasından irəli gəlir.” - deyə bəyanətdə qeyd edilir.

17 Oktyabr 2025 10:01
İsrailin avadanlıq girişinə icazə verməməsi, əsir cəsədlərinin təhvilini gecikdirir - HƏMAS

BAKI, AzerVoice, Nailə Babazadə

HƏMAS, israilli əsirlərin cəsədlərinin təhvil verilməsinin İsrailin bölgəyə xilasetmə avadanlıqlarının girişinə icazə verməməsi səbəbindən gecikdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı bəyanatda bildirilib.

“İsrailli əsirlərə aid bəzi cəsədlər işğalçı İsrailin bombardmanları nəticəsində dağılan tunellər və binaların dağıntıları altında qalıb. Gecikmə, İsrailin Qəzzaya xilasetmə avadanlıqlarının daxil olmasına maneə yaratmasından irəli gəlir.” - deyə bəyanətdə qeyd edilir.

HƏMAS əldə edə bildiyi bütün cəsədlərin təhvil verildiyini, lakin qalanların çıxarılması üçün tələb olunan texniki vasitə və avadanlıqların hələ də təmin olunmadığını bildirib.

“Bu gecikməyə görə bütün məsuliyyət İsrail hökumətinə aiddir,” – deyə bəyanatda vurğulanıb.

HƏMAS sözçüsü Hazim Qasım isə beynəlxalq ictimaiyyəti ikili standartda ittiham edib. O, bəzi israilli əsgərlərin cəsədlərinə göstərilən həssaslığın Qəzzada dağıntılar altında qalan on minlərlə fələstinli cəsədinə göstərilmədiyini qeyd edib.

Qəzza Səhiyyə Nazirliyi açıqlayıb ki, İsrail indiyə qədər 120 fələstinli cəsədini təhvil verib, lakin onların hamısı kimliksiz şəkildə gətirilib və şəxsiyyətin müəyyənləşdirilməsi ilkin üsullarla aparılır.

Xilasetmə qrupları ağır avadanlıq çatışmazlığı səbəbindən hələ də yüzlərlə cəsədə çata bilmir. Məlumatlara görə, İsrailin Qəzza zolağına qarşı iki ildir davam edən hücumları nəticəsində bölgənin infrastruktur və xilasetmə imkanları demək olar ki, tamamilə məhv edilib.

HAMAS, Netanyahu hökumətini razılaşmanı gecikdirməkdə, Rəfah sərhəd-keçid məntəqəsini bağlı saxlamaqda və humanitar yardımların girişini məhdudlaşdırmaqda ittiham edir.

Qəzza hökumətinə bağlı Media Ofisinin məlumatına əsasən, atəşkəs qüvvəyə mindikdən sonra İsrail cəmi 653 yardım yük avtomobilinin keçidinə icazə verib. Halbuki razılaşmaya görə, hər gün 600 yardım maşınının – yanacaq və ərzaq da daxil olmaqla – Qəzzaya çatması nəzərdə tutulurdu.

İsrailin 2023-cü il oktyabrın 8-də başladığı hücumlar nəticəsində, əksəriyyəti qadın və uşaq olmaqla, 67 min 967 fələstinli həlak olub, 170 min 179 nəfər isə yaralanıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzza sakinlərinin köçü

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

7 Sentyabr 18:46
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.