10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Qəzza zolağında binaları dağıtması atəşkəsi pozur

İsrail ordusu, 10 oktyabrdan etibarən qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, çəkilmədiyi Qəzza Zolağının şərqindəki bölgələrdə ayaqda qalan binaları dağıtmağa davam edir. Bölgədəki yerli mənbələrin AA müxbirinə verdiyi məlumata görə, İsrail ordusunun “sarı xətt” adlandırılan ərazi daxil olmaqla Qəzza Zolağının şərqində binaları partlatması böyük partlayış səslərinə səbəb olub.

28 Oktyabr 2025 15:29
İsrailin Qəzza zolağında binaları dağıtması atəşkəsi pozur

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu, 10 oktyabrdan etibarən qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, çəkilmədiyi Qəzza Zolağının şərqindəki bölgələrdə ayaqda qalan binaları dağıtmağa davam edir.

AzerVoice xəbər verir ki, bölgədəki yerli mənbələrin AA müxbirinə verdiyi məlumata görə, İsrail ordusunun “sarı xətt” adlandırılan ərazi daxil olmaqla Qəzza Zolağının şərqində binaları partlatması böyük partlayış səslərinə səbəb olub.

İsrail ordusu səhər saatlarından etibarən Qəzza şəhərinin şərqindəki bölgələr, həmçinin cənubda Xan Yunus şəhəri və mərkəzi hissələrdə bombardmanlar həyata keçirib.

Bölgədəki şahidlər bildirib ki, dağıdıcı məqsədli hücumlarda baş verən partlayışlar evlərin ayaqda qalan hissələrinə də ciddi ziyan vurub.

Fələstin Mülki Müdafiə Təşkilatına görə, Qəzza Zolağındakı minlərlə bina son 2 ildə İsrail bombardmanları nəticəsində yaranan zədələr səbəbindən uçma riski altındadır. Fələstinlilər qeyd edirlər ki, ən kiçik hərəkət belə həmin binalarda qismən çökmələrə səbəb ola bilər.

“İsrail işğalı tərəfindən Qəzza Zolağında, xüsusilə şərq hissəsində evlərə və yaşayış məntəqələrinə yönəlmiş davam edən bombalama və dağıdımlar, Qəzza Zolağındakı atəşkəs razılaşmasının açıq pozulmasıdır.” - HƏMAS sözçüsü Həzım Qasım 25 oktyabrda açıqlamasında bildirib.

Qasım vasitəçiləri İsrailə təzyiq göstərərək, “gündəlik qətllər, davam edən blokada, yardımların məhdudlaşdırılması və Rəfah Sərhəd Qapısının açılmaması kimi” pozuntuları dayandırmağa çağırıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzada müharibədən sonrakı vəziyyət

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39

Son Xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.