8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı Suriyanın dünyaya açılan qapısıdır - Şəraa

Suriyanın Prezidenti Əhməd Əş-Şəraa, Səudiyyə Ərəbistanının region üçün “böyük əhəmiyyətə” malik olduğunu bildirərək, Krallığı “Suriyanın dünyaya açılan açarı” adlandırıb. Əş-Şəraa bu fikirləri 29 oktyabr 2025-ci ildə Ər-Riyadda keçirilən 9-cu “Future Investment Initiative” (FII9) forumunun plenar iclasında səsləndirib. Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman da iştirak edib.

30 Oktyabr 2025 11:00
Səudiyyə Ərəbistanı Suriyanın dünyaya açılan qapısıdır - Şəraa

BAKI, AzerVoice, Nailə Babazadə

Suriyanın Prezidenti Əhməd Əş-Şəraa, Səudiyyə Ərəbistanının region üçün “böyük əhəmiyyətə” malik olduğunu bildirərək, Krallığı “Suriyanın dünyaya açılan açarı” adlandırıb.

AzerVoice xəbər verir ki, Əş-Şəraa bu fikirləri 29 oktyabr 2025-ci ildə Ər-Riyadda keçirilən 9-cu “Future Investment Initiative” (FII9) forumunun plenar iclasında səsləndirib. Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman da iştirak edib.

Prezident çıxışında qeyd edib ki, təhlükəsizlik və sabitlik iqtisadi inkişafla sıx bağlıdır.

“Bu, bu gün Səudiyyə Ərəbistanının təmsil etdiyi dəyərdir.” - deyə Şəraa qeyd edib.

Əş-Şəraa əlavə edib ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi ilə formalaşan yeni iqtisadi baxış sayəsində Səudiyyə Ərəbistanı region iqtisadiyyatının əsas mərkəzinə çevrilib.

“Bizim ilk xarici səfərimiz Səudiyyə Ərəbistanına oldu, çünki anlayırıq ki, dünyanın açarı burada – Krallıqdadır.” - deyə ŞƏraa vurğulayıb.

O, həmçinin qeyd edib ki, Suriyanın sabitliyi regionun ümumi sabitliyi üçün həyati əhəmiyyət daşıyır və bu sabitlik yalnız iqtisadi inkişafla təmin oluna bilər.

“Dünya son 14 ildə Suriyanın uğursuzluğunu gördü, lakin bu gün ölkə dost dövlətlərin, xüsusilə də Səudiyyə Ərəbistanının dəstəyi ilə yeni bir səhifə açıb və regional mövqeyini bərpa etməyə başlayıb,” — deyə Əş-Şəraa vurğulayıb.

Prezident bildirib ki, Suriya investisiya qanunlarını yeniləyib və nəticədə ilk altı ayda 28 milyard dollarlıq investisiya cəlb edib.

Onun sözlərinə görə, ölkədə daşınmaz əmlak, turizm və kənd təsərrüfatı sahələrində geniş imkanlar mövcuddur.

“Suriyanın bərpasının yolu investisiyalardan keçir və mən xalqıma inanıram. Biz yardımlara arxalanmayacağıq, özümüzü investisiya ilə bərpa edəcəyik.” - deyə qeyd edib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Məhəmməd bin Salman #Suriya #Səudiyyə xəbərləri #Əhməd Şəraa #Səudiyyə 2030 Vizyonu #Suriya xəbərləri #Suriya siyasi həll #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #Əhməd əş-Şəraa siyasəti #Əhməd əş-Şəraa kimdir #Əhməd əş-Şəraa

Mövzu üzrə digər xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır

14:48
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

14:09
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.