4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada atəşkəsə baxmayaraq hər gün 2 uşaq İsrail hücumlarında həlak olur - UNICEF

BMT-nin Beynəlxalq Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Rikardo Pires bildirib ki, 11 oktyabrda atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İsrailin hücumlarında Qəzzada hər gün ortalama 2 uşaq həyatını itirib. Pires Cenevrədəki BMT ofisində keçirilən həftəlik mətbuat konfransında açıqlama verib. O, dünən Qəzza şəhərinin cənubundakı Xan Yunus bölgəsində İsrailin hava hücumunda bir qız uşağının, əvvəlki gün isə Qəzza şəhərində 7 uşağın öldüyünü xatırladıb.

21 Noyabr 2025 17:40
Qəzzada atəşkəsə baxmayaraq hər gün 2 uşaq İsrail hücumlarında həlak olur - UNICEF

BAKI, AzerVoice, Nailə Babazadə

BMT-nin Beynəlxalq Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Rikardo Pires bildirib ki, 11 oktyabrda atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İsrailin hücumlarında Qəzzada hər gün ortalama 2 uşaq həyatını itirib.

AzerVoice xəbər verir ki, Pires Cenevrədəki BMT ofisində keçirilən həftəlik mətbuat konfransında açıqlama verib.

O, dünən Qəzza şəhərinin cənubundakı Xan Yunus bölgəsində İsrailin hava hücumunda bir qız uşağının, əvvəlki gün isə Qəzza şəhərində 7 uşağın öldüyünü xatırladıb.

“11 oktyabrdan bəri Qəzza Zolağında (İsrailin hücumları nəticəsində) minimum 67 uşaq ölüb, onlarcası isə yaralanıb. Bu, hər gün təxminən 2 uşağın öldüyü anlamına gəlir,” – deyə Pires bildirib.

O, vurğulayıb ki, bu rəqəmlər sadəcə statistik deyil, hər bir uşağın ailəsi, arzusu və gələcəyi var.

Pires qeyd edib ki, Qəzzalı uşaqlara amansız bir reallıq yaşadılır.

“Onlar üçün təhlükəsiz yer yoxdur və dünya onların ağrılarını adi qəbul etməyə davam edə bilməz.” - deyə Pires qeyd edib.

UNICEF-in Qəzzada genişmiqyaslı müdaxilələr etdiyini, lakin bunun hələ də kifayət etmədiyini bildirib.

“Yardım və lazım olan dəstək daha sürətli çatsaydı, daha çox şey edə bilərdik.” - deyə Pires əlavə edib.

O, xüsusilə çadırlarda yaşayan və sərt qış şəraitinə məruz qalan yüz minlərlə uşağın olduğunu diqqətə çatdırıb. Pires Qəzzalı uşaqların gecələr istilik, izolyasiya və yorğan olmadan üşüdüklərini vurğulayıb.

Sual üzərinə UNICEF sözçüsü Pires İsrail ordusunun Qəzza Zolağında hava hücumlarını həyata keçirdiyini təsdiqləyib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #UNICEF #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri

Mövzu üzrə digər xəbərlər

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59
İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu
Yaxın Şərq

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

2 Sentyabr 19:15
HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb
Fələstin

HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

1 Sentyabr 20:44
HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib
Yaxın Şərq

HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

31 Avqust 22:33

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.