8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Britaniya İsraili Qəzza yardımını gecikdirdiyinə görə tənqid edib

Böyük Britaniya Qəzzaya humanitar yardımın çatdırılmasında yaranan ləngimələrə görə İsrailə kəskin etirazını bildirib. BBC-nin məlumatına görə, Londondan göndərilən 1 100-dən çox çadırdan ibarət yardım yükünün Qəzzaya çatması bir ildən çox vaxt alıb.

3 Dekabr 2025 04:00
Britaniya İsraili Qəzza yardımını gecikdirdiyinə görə tənqid edib

Bakı, AzerVoice, Orxan Qədirzadə

Böyük Britaniya Qəzzaya humanitar yardımın çatdırılmasında yaranan ləngimələrə görə İsrailə kəskin etirazını bildirib. BBC-nin məlumatına görə, Londondan göndərilən 1 100-dən çox çadırdan ibarət yardım yükünün Qəzzaya çatması bir ildən çox vaxt alıb.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Yvet Kuper bildirib ki, İsrail–HƏMAS atəşkəsi qüvvədə olsa da, London tərəfindən maliyyələşdirilən digər humanitar yardım hələ də fələstinlilərə çatdırılmayıb. BMT isə xəbərdarlıq edir ki, Qəzzada 1,5 milyon insan təcili qış sığınacağına ehtiyac duyur.

Britaniyanın çadır partiyası Qəzzaya yalnız bazar ertəsi daxil olub. Hər biri beş nəfərlik ailəni yerləşdirməyə imkan verən bu çadırların növbəti hissəsinin həftə ərzində gəlməsi gözlənilir. Rəsmi London yardımın ümumilikdə 12 minədək fələstinlinin qış aylarını daha təhlükəsiz keçirməsinə imkan yaradacağını bildirir.

Nazir Kuper əlavə edib ki, bundan sonra humanitar yardımın qarşısının alınması və giriş-çıxış məntəqələrində ləngimələr qəbuledilməzdir. O, Qəzzaya bütün keçidlərin açılmasını və yardımın maneəsiz çatdırılmasını tələb edib.

“Qəzzadakı vəziyyət kritik olaraq qalır. İki ildən çox davam edən müharibə, infrastrukturun dağıntıları və indi də ağır hava şəraiti fələstinlilərin vəziyyətini daha da çətinləşdirir,” – deyə Kuper bildirib.

Onun sözlərinə görə, valideynlər övladlarını dağılmış damların altında və açıq havada soyuqdan qorumağa çalışır. “Bu çadırlar minlərlə insana sığınacaq verəcək, onları küləkdən və yağışdan qoruyacaq.” - nazir deyib.

BMT-nin son statistikasına əsasən, Qəzzada 2023-cü ilin oktyabrından bəri əhalinin 90%-i, yəni təxminən 1,9 milyon insan məcburi köçkünə çevrilib.

UNICEF-in Fələstin üzrə xüsusi nümayəndəsi Conatan Veiç qeyd edib ki, çətin hava şəraiti fələstinli ailələrin vəziyyətini daha da ağırlaşdırır. “Atəşkəs qüvvədə olsa belə, Qəzzada uşaqlar üçün gündəlik həyat inanılmaz dərəcədə çətindir. Britaniyanın maliyyələşdirdiyi çadırların daxil olması vacib addımdır, lakin daha çox yardıma ehtiyac var.”- nümayəndə deyib.

Məqalədə: #Britaniya Qəzza yardımının gecikməsinə görə İsraili tənqid etdi #Qəzzaya göndərilən Britaniya çadırları bir ildən sonra çatdı #BMT: Qəzzada 1 #5 milyon insan qış sığınacağına ehtiyac duyur #London: Yardımın qarşısı alınmamalıdır #keçidlər açılmalıdır #UNICEF: Qəzzada uşaqlar ağır şəraitdə yaşayır #Britaniyanın Qəzzaya yardımı niyə bir ildən sonra çatdı? #Qəzzada ağır qış: 12 min insana sığınacaq veriləcək #Kuper: Yardım gecikmələri qəbuledilməzdir #BMT-dən Qəzza ilə bağlı ciddi xəbərdarlıq #UNICEF: Daha çox humanitar yardım lazımdır

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

7 Sentyabr 19:31
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
Livan

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb

7 Sentyabr 18:56

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.