10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Dünya mədəniyyət və incəsənət xadimləri Mərvan Bərqutinin azadlığa buraxılmasına çağırış edirlər

Dünyanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Fələstinli siyasi lider Mərvan Bərqutinin azad olunması üçün açıq məktub imzalayıblar. Bu barədə The Guardian məlumat yayıb.

3 Dekabr 2025 19:01
Dünya mədəniyyət və incəsənət xadimləri Mərvan Bərqutinin azadlığa buraxılmasına çağırış edirlər

BAKI, AzerVoice, Orxan Qədirzadə

Dünyanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Fələstinli siyasi lider Mərvan Bərqutinin azad olunması üçün açıq məktub imzalayıblar. AzerVoice xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

66 yaşlı Bərquti artıq 23 ildir İsraildə həbsdədir. O, israillilər və fələstinlilər arasında sülhün mümkün olmasına inanan və birlik yaradan fiqur kimi qəbul edilir. Açıq məktubda onun həbs şəraitində zorakılığa məruz qalması və hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıq ifadə olunur.

“Biz Mərvan Bərqutinin davam edən həbsi, zorakı rəftara məruz qalması və hüquqi təminatlardan məhrum edilməsi ilə bağlı dərin narahatlıq keçiririk. BMT-ni və dünya hökumətlərini Barqutinin azad olunması üçün fəal addımlar atmağa çağırırıq.” - məktubda deyilib.

Məktubun imzalananları arasında yazıçılardan Marqaret Etvud, Filip Pullman, Zeydi Smit, Anni Erno, aktyorlardan Yan Makellen, Benedikt Kamberbeç, Tilda Svinton, Coş O’Konnor, Mark Ruffalo, Stiven Fray, musiqiçilərdən Stinq, Pol Saymon, Brayan Eno, Anni Lennoks və Qeri Lineker, Delia Smit, Riçard Brenson kimi məşhurlar var.

Uzun illərdir ekspertlər Bərqutinin həbsinə səbəb olan məhkəmə prosesinin ciddi qüsurlarla dolu olduğunu bildiriblər. İsrail hakimiyyəti onun azadlığa buraxılmasına dəfələrlə etiraz edib. Sorğulara görə, Bərquti bu gün də fələstinlilər arasında ən populyar siyasi liderdir və iki dövlətli həll variantını dəstəkləyir.

İsrail hökumətində fələstinli məhbuslara qarşı ölüm hökmü tətbiqini nəzərdə tutan yeni qanun layihələri müzakirə olunur. Ekspertlər bu sənədlərin Bərqutini də əhatə edə biləcəyini bildirirlər.

Barqutinin azad olunması uğrunda kampaniya 1980-1990-cı illərdə Nelson Mandelanın azadlığı üçün aparılan beynəlxalq hərəkatı xatırladır. Mandela özü 2002-ci ildə demişdi ki, “Bərqutiyə edilən, vaxtilə mənə edilənin eynisidir.”

Musiqiçi Brayan Eno vurğulayıb ki, mədəniyyətin gücü bəzən siyasətin istiqamətini dəyişə bilir. “Qlobal həmrəylik Mandelanı azad etdiyi kimi, Barqutinin də azad olmasını sürətləndirə bilər. Onun azadlığı bu uzun mübarizədə dönüş nöqtəsi olacaq.”- o, deyib.

Məqalədə: #Dünya mədəniyyət xadimləri Marvan Barquxtinin azadlığını tələb edir #Hundreds of cultural figures call for Barghouti’s release – global kampaniya genişlənir #Barquxti Mandelayla müqayisə olunur: beynəlxalq çağırış güclənir #Məşhurlar: Barquxtinin həbsi sülhə mane olur #Marvan Barquxtinin azad olunması üçün dünya səslənir #Stinqdən Kamberbeçə – mədəniyyət xadimləri Barquxti üçün birləşdi #Barquxti hərəkatı yenidən güclənir: məşhurlar açıq məktub imzaladı #Mandela paraleli: Barquxti azad edilə bilərmi?

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39

Son Xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.