7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Livana hava zərbələri endirib

İsrail ordusu cənubi Livanda Hizbullahın mövqelərinə qarşı yeni hava zərbələri həyata keçirib. Hücumlar Livan və İsrailin mülki nümayəndələrinin onilliklərdən sonra ilk dəfə birbaşa danışıqlar aparmasından cəmi bir gün sonra baş verib.

4 Dekabr 2025 22:29
İsrail Livana hava zərbələri endirib

BAKI,AzerVoice, Orxan Qədirzadə

İsrail ordusu cənubi Livanda Hizbullahın mövqelərinə qarşı yeni hava zərbələri həyata keçirib. Hücumlar Livan və İsrailin mülki nümayəndələrinin onilliklərdən sonra ilk dəfə birbaşa danışıqlar aparmasından cəmi bir gün sonra baş verib.

AzerVoice xəbər verir ki, 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəsə baxmayaraq, İsrail Livanın cənubundakı beş strateji bölgədə hərbi mövcudluğunu saxlayır və Hizbullahın “hərbi infrastrukturu” adlandırdığı obyektləri hədəfə almaqda davam edir.

Papa XIV Leonun bazar günündən çərşənbə axşamına qədər Livana səfəri zamanı hücumlar qısamüddətli olaraq səngimiş, pontifik tərəfləri gərginliyə son verməyə çağırmışdı.

İsrail ordusu bəyan edib ki, “cənubi Livanda Hizbullahın hədəflərinə qarşı zərbələr endirməyə başlanılıb”. Bundan əvvəl ordu Mahrouna və Cbaa yaşayış məntəqələrindəki binalara zərbələr endiriləcəyinə dair xəbərdarlıq yaymışdı.

Daha sonra İsrail ordusu Məcdəl və Baraşit bölgələrində Hizbullahın “hərbi infrastrukturu”nun vurulacağı barədə əlavə xəbərdarlıqlar edib.

Livanın Milli Xəbər Agentliyi bildirib ki, İsrail aviasiyası Mahrouna üzərinə hava zərbəsi endirib, digər hücumlar isə Cbaa, Məcdəl və Baraşitdə qeydə alınıb.

Çərşənbə günü BMT-nin sülhməramlı missiyasının qərargahı yerləşən Naqura şəhərində Livan və İsrailin mülki nümayəndələri arasında gözlənilməz görüş keçirilib. Bu görüş atəşkəsin monitorinq mexanizmi çərçivəsində baş tutub və ABŞ, Fransa, Livan, İsrail və BMT təmsilçilərinin iştirakı ilə gerçəkləşib.

Livan və İsrail 1948-ci ildən bəri rəsmi olaraq müharibə vəziyyətindədir. Livanın Baş naziri Nəvaf Salam bildirib ki, bu görüş “sülh danışıqları” kimi qiymətləndirilməməli, yalnız atəşkəsin tam icrasına yönəlib.

Salam deyib ki, danışıqlar düşmənçiliklərin tam dayandırılması, Livanlı girovların azad olunması, İsrail qoşunlarının Livan ərazisindən tam çıxması məsələlərini əhatə edir.

ABŞ Livanı Hizbullahın tərksilahını sürətləndirməyə çağırır və iki ölkə arasında birbaşa dialoqu dəstəkləyir.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, Naqura danışıqlarında “müsbət atmosfer” müşahidə olunub və tərəflər potensial iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bununla belə, İsrail vurğulayıb ki, Hizbullahın tərksilahı hər hansı irəliləyişdən asılı olmayaraq “əsas şərt” olaraq qalır.

ABŞ səfirliyinin məlumatına görə, görüşdə ABŞ nümayəndəsi Morqan Ortaqus da iştirak edib. O, bir gün əvvəl Qüdsdə Benyamin Netanyahu və İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşmüşdü.

Məqalədə: #İsrail cənubi Livanda Mahrouna və Cbaa bölgələrinə yeni zərbələr endirdi #Lebanon–Israel danışıqları fonunda İsrailin hücumları yenidən intensivləşdi #Cənubi Livanda gərginlik artır: İsrail ordusu Hizbullah mövqelərini vurdu #Israel launches fresh airstrikes on Mahrouna and Cbaa in southern Lebanon #Tensions rise as Israeli strikes follow rare Lebanon–Israel talks #Israeli army targets Hezbollah sites amid renewed escalation #Израиль нанес новые удары по Махруне и Кбаа на юге Ливана #После редких переговоров Израиля и Ливана напряжённость снова растёт #Армия Израиля атаковала объекты Хезболлы на фоне эскалации #Mahrouna və Cbaa: İsrail aviasiyasının yeni hədəfləri – vəziyyət nəzarətdən çıxır

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir

13:51
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraq

İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək

13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35

Son Xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.