11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail 2026 müdafiə büdcəsini 34,6 milyard dollara çatdırıb

İsrail 2026-cı il müdafiə büdcəsini 112 milyard şekel (34,6 milyard dollar) olaraq təsdiqləyib. Bu məbləğ əvvəlki layihədə nəzərdə tutulan 90 milyard şekeli xeyli üstələyir.

6 Dekabr 2025 04:00
İsrail 2026 müdafiə büdcəsini 34,6 milyard dollara çatdırıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrail 2026-cı il müdafiə büdcəsini 112 milyard şekel (34,6 milyard dollar) olaraq təsdiqləyib. AzerVoice xəbər verir ki, bu məbləğ əvvəlki layihədə nəzərdə tutulan 90 milyard şekeli xeyli üstələyir.

Müdafiə naziri İsrail Kats və maliyyə naziri Bezalel Smotriç büdcə çərçivəsi ilə bağlı razılığa gəlib. Nazirlər Kabineti gələn ilin büdcəsinin müzakirəsinə başlayıb və sənəd martadək təsdiqlənməsə, ölkədə növbədənkənar seçkilər keçirilə bilər.

Büdcə müzakirələri cümə axşamı gec saatlaradək davam edib, ilkin səsvermənin bu gün keçiriləcəyi gözlənilir. Təsdiq olunacağı halda büdcə parlamentə göndəriləcək.

Kats bildirib ki, ordu döyüşçülərin ehtiyaclarını qarşılamağa və ehtiyat qüvvələrin üzərindəki yükü azaltmağa davam edəcək. “İDF-i gücləndirməyə və döyüşçülərin bütün ehtiyaclarını qarşılamağa davam edəcəyik. Bu, İsrailin hər cəbhədə təhlükəsizliyini təmin etmək üçün vacibdir.”-o deyib.

Qəzza müharibəsi İsrailə baha başa gəlib. Ölkə təkcə 2024-cü ildə HƏMAS və Hizbullahla döyüşlərə 31 milyard dollar sərf edib.

Smotriç bildirib ki, 2026-cı il müdafiə büdcəsi müharibədən əvvəl — 2023-cü illə müqayisədə 47 milyard şekel çoxdur. “Bu il ordunu gücləndirmək üçün böyük büdcə ayırırıq, ancaq elə bir plan hazırlamışıq ki, ölkə yenidən iqtisadi artım yoluna qayıda bilsin.”-Smotriç deyib.

Məqalədə: #İsrail 2026 müdafiə büdcəsini 34 #6 milyard dollara qaldırdı #Yeni büdcə: Qəzza atəşkəsinə baxmayaraq #ordunun xərcləri artır #Kats: İDF gücləndiriləcək #ehtiyatçıların yükü azaldılacaq #İsrail müharibədən sonra rekord müdafiə büdcəsi ayırdı #2026 büdcəsi: Tel-Əviv hərbi xərcləri niyə artırır? #İsraildə kabinet büdcə marafonuna başladı #Израиль утвердил оборонный бюджет-2026 в размере 112 млрд шекелей #Несмотря на перемирие #расходы на армию растут #Министры Израиля согласовали крупнейший оборонный бюджет #Israel sets 2026 defense budget at $34B amid post-war pressures #Defense #finance ministers agree on expanded military spending #Israel boosts IDF budget despite ceasefire with Hamas #Hezbollah

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır

07:49
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.