5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

SDQ ilə danışıqlar dayandırılıb, yekun cavab 28 dekabrda veriləcək - Dəməşq

Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında aparılan danışıqlarda razılaşma əldə olunmayıb. Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, SDQ-nin hökumət üçün müzakirə edilməyən və icrası mümkün olmayan tələblərdə israr etməsi səbəbindən tərəflər arasında razılaşma baş tutmayıb. Qeyd olunub ki, rəsmi Dəməşq məsələyə dair yekun mövqeyini 28 dekabr tarixində açıqlayacaq və hazırda Suriya hökuməti ilə SDQ arasında təmaslar dayandırılıb.

25 Dekabr 2025 19:26
SDQ ilə danışıqlar dayandırılıb, yekun cavab 28 dekabrda veriləcək - Dəməşq

BAKI, AzerVoice, Orxan Qədirzadə

Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında aparılan danışıqlarda razılaşma əldə olunmayıb. Bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb.

AzerVoice xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, SDQ-nin hökumət üçün müzakirə edilməyən və icrası mümkün olmayan tələblərdə israr etməsi səbəbindən tərəflər arasında razılaşma baş tutmayıb. Qeyd olunub ki, rəsmi Dəməşq məsələyə dair yekun mövqeyini 28 dekabr tarixində açıqlayacaq və hazırda Suriya hökuməti ilə SDQ arasında təmaslar dayandırılıb.

Suriya Prezidenti Əhməd əş-Şəraanın media üzrə müşaviri Əhməd Müvəffəq Zeydan sosial şəbəkə paylaşımında SDQ-nin məsuliyyət daşımalı olduğunu bildirib. Onun sözlərinə görə, SDQ 10 mart tarixində Türkiyə və ABŞ kimi beynəlxalq aktorların iştirakı ilə imzaladığı razılaşmaya əməl etməməsinin nəticələrini üzərinə götürməlidir.

Suriya dövlət televiziyasına danışan mənbə ABŞ-ın vasitəçiliyi ilə Suriya hökuməti və SDQ arasında ilin sonunadək hərbi razılaşmanın imzalanmasının gözlənildiyini bildirib. Məlumata görə, Vaşinqton bu məqsədlə tərəflərə ciddi təzyiq göstərir və razılaşmanın 27–30 dekabr tarixləri arasında elan ediləcəyi ehtimal olunur.

Müzakirə olunan razılaşma çərçivəsində təxminən 90 min SDQ və daxili təhlükəsizlik üzvünün Suriya Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiyası, həmçinin Rəqqa, Deyr əz-Zor və Həsəkə bölgələrində Müdafiə Nazirliyi tərkibində SDQ-yə məxsus üç hərbi diviziyanın yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, SDQ ABŞ-ın dəstəyi ilə Suriya ordusu strukturunda qadınlardan ibarət hərbi briqada və terrorla mübarizə bölməsinin formalaşdırılmasını tələb edir.

Hazırda əsas fikir ayrılıqları hökumət qüvvələrinin Suriyanın şimal-şərqinə daxil olması, SDQ nümayəndələrinin Müdafiə və Daxili İşlər nazirliklərində tutacağı vəzifələr, hərbi qərarların qəbulu mexanizmi, inzibati struktur və səlahiyyət bölgüsü ilə bağlıdır.

Suriya İnformasiya nazirinin müavini Ubada Kocan isə sosial şəbəkədə yaydığı açıqlamada, Dəməşq hökuməti ilə SDQ arasında razılaşma əldə edildiyi barədə yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, 10 mart tarixində Suriya hökuməti ilə SDQ arasında imzalanmış razılaşmada bütün suriyalıların siyasi proseslərdə iştirakı, atəşkəsin təmin edilməsi, şimal-şərqdəki mülki və hərbi strukturların dövlət idarəçiliyinə inteqrasiyası, məcburi köçkünlərin geri dönüşü və ölkənin ərazi bütövlüyünün qorunması ilə bağlı müddəalar yer almışdı.

Məqalədə: #Suriya Demokratik Qüvvələri #Suriya hökuməti SDQ ilə razılaşma əldə olunmadığını açıqladı #Şam: SDQ ilə danışıqlar dayandırılıb #yekun cavab 28 dekabrda veriləcək #Suriya–SDQ danışıqlarında çıxılmaz vəziyyət: əsas fikir ayrılıqları nələrdir? #Dəməşq SDQ ilə razılaşmanın baş tutmamasının səbəblərini açıqladı #Suriya SDQ danışıqları #Suriya hökuməti SDQ #Şam SDQ razılaşması #Suriyada hərbi inteqrasiya #Suriya hökuməti ilə SDQ arasında razılaşma niyə baş tutmadı #SDQ-nin Suriya Müdafiə Nazirliyinə inteqrasiyası planı #ABŞ-ın Suriya SDQ danışıqlarına təzyiqi #Suriyada 10 mart razılaşmasının icrası

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı SDQ-nin Suriya ordusuna inteqrasiyasını dəstəklədi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı SDQ-nin Suriya ordusuna inteqrasiyasını dəstəklədi

26 Avqust 16:59
Suriyada saxlanılan minlərlə şəxs İraqa köçürülüb: azyaşlılarla bağlı suallar yaranıb
Suriya

Suriyada saxlanılan minlərlə şəxs İraqa köçürülüb: azyaşlılarla bağlı suallar yaranıb

25 Avqust 19:01
İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa
Yaxın Şərq

İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa

26 İyul 14:36
Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN
Türkiyə

Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

12 Fevral 13:41

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.