7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı İsrailin Somalilandı tanımasını rədd edib

Səudiyyə Ərəbistanı İsrailin Somaliland regionunu müstəqil dövlət kimi tanımasına münasibət bildirərək, Somali Federativ Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib. Səudiyyə Ərəbistanının rəsmi mövqeyi Krallığın dövlət xəbər agentliyi vasitəsilə açıqlanıb. Bildirilib ki, Riyad İsrail ilə Somaliland arasında qarşılıqlı tanınma ilə bağlı elan edilmiş qərarı qəbul etmir və bu addımı Somali dövlətinin birliyinə zidd hesab edir.

27 Dekabr 2025 19:13
Səudiyyə Ərəbistanı İsrailin Somalilandı tanımasını rədd edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanı İsrailin Somaliland regionunu müstəqil dövlət kimi tanımasına münasibət bildirərək, Somali Federativ Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi mövqeyi Krallığın dövlət xəbər agentliyi vasitəsilə açıqlanıb. Bildirilib ki, Riyad İsrail ilə Somaliland arasında qarşılıqlı tanınma ilə bağlı elan edilmiş qərarı qəbul etmir və bu addımı Somali dövlətinin birliyinə zidd hesab edir.

Açıqlamada vurğulanıb ki, Səudiyyə Ərəbistanı Somalinin vahidliyinə zidd olan və paralel siyasi qurumların yaradılmasına yönəlmiş istənilən cəhdləri rədd edir. Krallıq Somali dövlətinin legitim institutlarını dəstəklədiyini və Somali xalqının təhlükəsizliyi və sabitliyinin qorunmasına xüsusi önəm verdiyini bildirib.

Eyni zamanda qeyd olunub ki, Səudiyyə Ərəbistanı Somali xalqının milli maraqlarının müdafiəsi və ölkədə sabitliyin təmin edilməsi istiqamətində səylərin davam etdirilməsinin tərəfdarıdır.

Xatırladaq ki, İsrail bu gün Somaliland regionunu “müstəqil və suveren dövlət” kimi tanıdığını açıqlayıb və tərəflər arasında diplomatik münasibətlərin qurulmasına dair razılaşma imzalanıb. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk dövlət olub.

Somaliland 1991-ci ildə Somalidən birtərəfli qaydada ayrıldığını elan etsə də, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Regionun hazırkı rəhbəri Əbdürrəhman Məhəmməd Abdullahi vəzifəyə gəldikdən sonra beynəlxalq tanınma məsələsini əsas prioritet kimi irəli sürüb.

Məqalədə: #Somaliland statusu #Somali ərazi bütövlüyü #Səudiyyə Ərəbistanı İsrailin Somalilandı tanımasını rədd etdi #Riyad Somali ərazi bütövlüyünə tam dəstəyini açıqladı #İsrailin Somaliland qərarına Səudiyyə Ərəbistanından reaksiya #Saudi Arabia Opposes Israel–Somaliland Recognition Move #Riyadh Affirms Support for Somalia’s Sovereignty and Unity #Saudi Arabia Rejects Israel’s Recognition of Somaliland #Səudiyyə Ərəbistanı Somali münasibətləri #Səudiyyə Ərəbistanı Somaliland mövqeyi

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir

13:51
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraq

İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək

13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35

Son Xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.