13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya-İsrail xəttində yeni mərhələ - Tramp Əhməd əl-Şəraa ilə Netanyahu arasında uzlaşma axtarır, HƏMAS və İranı hədələyir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriya prezidenti Əhməd əl-Şəraa ilə İsrailin baş naziri Beniyamin Netanyahu arasında razılaşmanın əldə olunması üçün çalışacaq. Bununla yanaşı, Tramp HƏMAS-ı silahdan imtina etmədiyi təqdirdə ağır nəticələrlə, İranı isə nüvə proqramını bərpa etməyə cəhd göstərərsə yeni hücumlarla hədələyib.

30 Dekabr 2025 07:41
Suriya-İsrail xəttində yeni mərhələ - Tramp Əhməd əl-Şəraa ilə Netanyahu arasında uzlaşma axtarır, HƏMAS və İranı hədələyir

BAKI,AzerVoice

ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriya prezidenti Əhməd əl-Şəraa ilə İsrailin baş naziri Beniyamin Netanyahu arasında razılaşmanın əldə olunması üçün çalışacaq. Bununla yanaşı, Tramp HƏMAS-ı silahdan imtina etmədiyi təqdirdə ağır nəticələrlə, İranı isə nüvə proqramını bərpa etməyə cəhd göstərərsə yeni hücumlarla hədələyib.

Tramp bu açıqlamaları Floridada yerləşən Mar-a-Laqo iqamətgahında Netanyahu ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında səsləndirib. O bildirib ki, ABŞ və İsrail arasında Suriya məsələsi üzrə tam qarşılıqlı anlaşma mövcuddur.

ABŞ prezidenti Suriya lideri barədə danışarkən deyib:
“Əhməd əl-Şəraa güclü liderdir. Hazırda Suriyanın belə bir şəxsə ehtiyacı var. Ona hörmət edirəm və münasibətlərimiz yaxşıdır.”

Tramp Netanyahuyla apardığı danışıqlar nəticəsində bir sıra mühüm nəticələr əldə etdiyini, onunla uzun müddətdir sıx əməkdaşlıq etdiyini və bu prosesin davam edəcəyini vurğulayıb.

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunan Netanyahuya müraciət edən Tramp bildirib:
“Biz hər zaman sizinləyik və yanınızda olacağıq”, – deyə o qeyd edib və Yaxın Şərqdə sülhün təmin olunmasının əsas hədəf olduğunu əlavə edib.

HƏMAS-a açıq xəbərdarlıq

Fələstin məsələsinə toxunan Tramp HƏMAS-ı silahdan imtina etmədiyi halda “ağır bədəl” ödəyəcəyi ilə hədələyib. O bildirib ki, təşkilatın bu addımı atması üçün vaxt çox məhduddur.

Tramp əlavə edib ki, Qəzza üzrə razılaşmanı HƏMAS-ın silahsızlaşdırılması şərti ilə imzalayan bəzi ölkələr, əgər bu baş verməzsə, HƏMAS-ın silahlarının məhv edilməsində iştirak edəcəklər.

ABŞ prezidenti İsrailin Qəzza razılaşmasına sadiq qaldığını vurğulayıb və Netanyahu ilə əksər məsələlərdə razı olduqlarını deyib. Bununla belə, işğal altındakı İordan çayının qərb sahilində israilli məskunlaşanların zorakılığı mövzusunda tam uzlaşmanın olmadığını etiraf edib.

Hizbullah və İranla bağlı mövqe

Tramp Livanın Hizbullah hərəkatına da toxunaraq bildirib ki, təşkilat “pis davranır” və Livanın Hizbullahın silahsızlaşdırılması istiqamətində atacağı addımlar diqqətlə izlənəcək.

O, İranın regional gücünün ciddi şəkildə zəiflədiyini vurğulayıb və Tehranın nüvə proqramını yenidən qurmasına icazə verilməyəcəyini bildirib. Tramp qeyd edib ki, İran belə bir cəhd edərsə, ABŞ yeni hərbi zərbələr endirəcək. Bununla yanaşı, Vaşinqtonun Tehranla danışıqlara açıq olduğu da bildirilib.

Ərdoğan–Netanyahu xətti və F-35 məsələsi

Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Netanyahu arasındakı münasibətlərə toxunaraq bildirib ki, onlar arasında problem olmayacaq və ABŞ hər iki tərəfi dəstəkləyir.

O, Ərdoğanın Suriyada İsrailə qarşı fəaliyyət göstərən rejimin devrilməsində oynadığı rola görə yüksək qiymətləndirilməli olduğunu deyib. Bu sözlərlə Tramp devrilmiş Bəşər Əsəd rejiminə işarə edib.

ABŞ prezidenti əlavə edib ki, administrasiya Türkiyəyə F-35 qırıcılarının satışını nəzərdən keçirir.

Qəzza: razılaşma və humanitar itkilər

Qeyd edək ki, HƏMAS və İsrail arasında atəşkəs razılaşması ötən ilin 10 oktyabrında imzalanıb. Razılaşma qüvvəyə mindikdən sonra İsrail ordusu tərəfindən yüzlərlə pozuntu qeydə alınıb. Qəzza hökumətinin məlumatına görə, bu pozuntular nəticəsində 418 fələstinli həlak olub, 1141 nəfər yaralanıb.

Razılaşma İsrailin 8 oktyabr 2023-cü ildə başlatdığı və iki il davam edən genişmiqyaslı hərbi əməliyyatlara son qoyub. Bu müddətdə 71 mindən çox fələstinli həyatını itirib, 171 mindən artıq insan yaralanıb. Mülki infrastrukturun təxminən 90 faizi dağıdılıb. BMT-nin qiymətləndirməsinə görə, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunur.

Məqalədə: #İsrail və İran #Tramp Əhməd əl-Şəraa və Netanyahu arasında uzlaşma axtarır #ABŞ HƏMAS və İrana sərt xəbərdarlıq etdi #Tramp: Əhməd əl-Şəraa Suriyanın bu mərhələdə ehtiyac duyduğu liderdir #ABŞ Yaxın Şərqdə yeni siyasi balans qurur #Trampın Yaxın Şərq strategiyası: Suriya #Vaşinqtonun HƏMAS və İrana mesajı nə deməkdir? #Tramp niyə Əhməd əl-Şəraa üzərindən regionu dizayn edir? #Suriya-İsrail xəttində yeni mərhələ

Mövzu üzrə digər xəbərlər

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraq

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb

10:17
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05

Son Xəbərlər

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.