13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin silahlar üzərində dövlət inhisarının bərpa edilməsi ilə bağlı planın ikinci mərhələsini həyata keçirməkdə qərarlı olduğunu bildirib. Bazar ertəsi günü Beyrutda atəşkəs rejiminə nəzarət edən beşlik komitəsinin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) səfirləri ilə görüşən Baş nazir bu istiqamətdəki qətiyyətini ifadə edib. Planın fevral ayında başlayacaq ikinci mərhələsi Əl-Litani çayından şimalda yerləşən əraziləri əhatə edəcək. Çaydan cənubdakı əraziləri əhatə edən birinci mərhələnin isə artıq tamamlanmaq üzrə olduğu bildirilir.

13 Yanvar 2026 11:47
Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

BAKI, AzerVoice, Nailə Babazadə

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin silahlar üzərində dövlət inhisarının bərpa edilməsi ilə bağlı planın ikinci mərhələsini həyata keçirməkdə qərarlı olduğunu bildirib.

AzerVoice xəbər verir ki, bazar ertəsi günü Beyrutda atəşkəs rejiminə nəzarət edən beşlik komitəsinin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) səfirləri ilə görüşən Baş nazir bu istiqamətdəki qətiyyətini ifadə edib. Planın fevral ayında başlayacaq ikinci mərhələsi Əl-Litani çayından şimalda yerləşən əraziləri əhatə edəcək. Çaydan cənubdakı əraziləri əhatə edən birinci mərhələnin isə artıq tamamlanmaq üzrə olduğu bildirilir.

Misirin Livandakı səfiri Əla Musa görüşdən sonra verdiyi açıqlamada Livan dövlətinin və ordusunun doğru yolda olduğunu vurğulayıb. O qeyd edib ki, beynəlxalq tərəfdaşlar birinci mərhələnin nəticələrini müsbət qiymətləndirirlər və Misir bölgədə gərginliyin azaldılması üçün səylərini davam etdirir. Səfir həmçinin bildirib ki, Livan ordusunun fəaliyyəti və diplomatik səylər bir-birini tamamlayaraq sabitliyə töhfə verir.

Digər tərəfdən "Hizbullah" hərəkatı silahların dövlətə təhvil verilməsi planının ikinci mərhələsinə sərt etirazını bildirib. Təşkilatın millət vəkili Hüseyn İzzəddin hökuməti milli maraqlar hesabına güzəştə getməməyə çağırıb. O bildirib ki, hökumət diqqətini silahların müsadirəsinə deyil, İsrailin işğal etdiyi Livan ərazilərindən qeyd-şərtsiz geri çəkilməsinə və məhbusların azad edilməsinə yönəltməlidir.

Xatırladaq ki, Livan hökuməti ötən il bütün silahların yalnız dövlət qurumlarının nəzarətində olması barədə qərar qəbul edib. Hazırda Livan ordusu beynəlxalq dəstək çərçivəsində ölkə daxilində qeyri-dövlət silahlı qruplaşmalarının, xüsusilə "Hizbullah"ın tərk-silah edilməsi prosesini mərhələli şəkildə davam etdirir.

Məqalədə: #Səudiyyə Ərəbistanı #ABŞ #Fransa #Misir #Livan #Qətər #Livan xəbərləri #Livan ordusu #Livan ordusu və Hizbullah qarşıdurması #Livan ordusunun mövqeyi #Livan ordusunun sərhəd müdafiə strategiyası #Hizbullah Livan ordusu #Livan ordusu və siyasi balans #Hizbullahın Livan ordusuna inteqrasiyası mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edəcəkmi? #Hizbullahın ideoloji inancı Livan ordusu ilə uzlaşırmı? #Hizbullah niyə Livan ordusuna qatılmaq istəyir? #Hizbullah və Livan ordusu

Mövzu üzrə digər xəbərlər

Hakan Fidan Suriyaya səfərə gedib
Suriya

Hakan Fidan Suriyaya səfərə gedib

14:59
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib

13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13:00

Son Xəbərlər

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.