6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətərin iştirakına etiraz edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın təşəbbüsü ilə irəli sürülən Qəzza barış planı çərçivəsində Türkiyə və Qətər hərbçilərinin bölgədə yerləşdirilməsinə qarşı çıxıb. Netanyahu İsrail parlamentində keçirilən xüsusi iclasda çıxışı zamanı Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətər ordularının iştirakına icazə verilməyəcəyini iddia edib. Onun sözlərinə görə, sözügedən qüvvəyə ABŞ-li general-mayor Cəsper Ceffersin komandanlıq edəcəyi planlaşdırılır.

19 Yanvar 2026 21:49
Netanyahu Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətərin iştirakına etiraz edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın təşəbbüsü ilə irəli sürülən Qəzza barış planı çərçivəsində Türkiyə və Qətər hərbçilərinin bölgədə yerləşdirilməsinə qarşı çıxıb.

AzerVoice xəbər verir ki, Netanyahu İsrail parlamentində keçirilən xüsusi iclasda çıxışı zamanı Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətər ordularının iştirakına icazə verilməyəcəyini iddia edib. Onun sözlərinə görə, sözügedən qüvvəyə ABŞ-li general-mayor Cəsper Ceffersin komandanlıq edəcəyi planlaşdırılır.

Netanyahu bildirib ki, Qəzzanın idarə olunması məqsədilə yaradılan Qəzza İdarəetmə Şurası və Qəzza İdarəetmə Milli Komitəsi ilə bağlı Vaşinqton administrasiyası ilə fikir ayrılıqları mövcuddur. O, bu məsələnin ABŞ-dakı tərəfdaşlarla müzakirə edildiyini deyib.

İsrail mətbuatı isə Baş nazirin açıqlamalarının reallığı tam əks etdirmədiyini yazır. “Haaretz” qəzetinə danışan məlumatlı mənbə, Qəzza İdarəetmə Şurasının strukturunun Netanyahuya əvvəlcədən məlum olduğunu və bu çıxışın daha çox daxili ictimaiyyətə hesablanmış siyasi gediş olduğunu bildirib.

Qeyd edək ki, İsrail Baş nazirlik Ofisi yanvarın 17-də ABŞ tərəfindən elan edilən Qəzza İdarəetmə Şurasının Tel-Əvivlə məsləhətləşmədən formalaşdırıldığını iddia etmişdi. Netanyahu bu məsələyə görə xarici işlər naziri Gideon Saar-a ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxlaması barədə göstəriş verdiyi də bildirilir.

Yerli mediada yayılan məlumatlara əsasən, Qəzza İdarəetmə Şurasında Türkiyənin xarici işlər naziri Hakan Fidanın yer alması İsrail rəhbərliyində narazılıq doğurub. Şurada ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff, Cared Kuşner, Qətərli diplomat Əli əl-Tavadi, Misirdən general Həsən Rəşad, Toni Bleyer, Marc Rouen, BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Reem əl-Haşimi, Nikolay Mladenov, Yakir Qabay və BMT-nin Yaxın Şərq üzrə xüsusi koordinatoru Sigrid Kaag da yer alır.

Netanyahu çıxışında İranla bağlı hədələrini də təkrarlayıb. O, Tehranın İsrailə mümkün hücumu halında “misli görünməmiş güclə” cavab veriləcəyini bildirib. Baş nazirin sözlərinə görə, İranda baş verən proseslər region üçün yeni mərhələnin başlanğıcı ola bilər.

Məqalədə: #Netanyahu Türkiyənin Qəzzadakı roluna qarşı çıxdı #İsrail Baş naziri Türkiyə və Qətər barədə qalmaqallı iddia irəli sürdü #Qəzza planı ətrafında gərginlik: Netanyahu Türkiyəni hədəf aldı #Netanyahu: Qəzzada türk hərbçilərinə icazə verilməyəcək #İsrail–ABŞ arasında Qəzza İdarəetmə Şurası böhranı #Netanyahu İrana qarşı yeni hədələr səsləndirdi #Netanyahu’dan Türkiye’ye tepki: Gazze’de Türk askeri olmayacak #İsrail Başbakanı Netanyahu’dan skandal Türkiye açıklaması #Gazze planında kriz: Netanyahu Türkiye ve Katar’ı hedef aldı #Netanyahu: Uluslararası Güç’te Türk askerine izin yok #İsrail-ABD arasında Gazze Yönetim Kurulu gerilimi #Netanyahu İran’a yönelik tehditlerini yineledi

Mövzu üzrə digər xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.