5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir

İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hücumlar təşkil edib. Şahidlərin verdiyi məlumata görə, İsrail qüvvələri Qəzza şəhərinin şərqini artilleriya atəşinə tutub, eyni zamanda cənubdakı Rəfah və Xan Yunis bölgələrində hərbi texnikadan nizamsız atəş açıb. Son hücumlar nəticəsində yaranan tələfat barədə hələlik dəqiq məlumat verilməsə də, atəşkəs dövründəki ümumi mənzərənin kifayət qədər ağır olduğu bildirilir. Atəşkəs razılaşmasının qüvvəyə mindiyi 10 oktyabr 2025-ci il tarixindən bu yana İsrail ordusunun pozuntuları nəticəsində 477 fələstinli öldürülüb, min 301 nəfər isə yaralanıb.

23 Yanvar 2026 11:37
İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hücumlar təşkil edib. Şahidlərin verdiyi məlumata görə, İsrail qüvvələri Qəzza şəhərinin şərqini artilleriya atəşinə tutub, eyni zamanda cənubdakı Rəfah və Xan Yunis bölgələrində hərbi texnikadan nizamsız atəş açıb.

AzerVoice xəbər verir ki, son hücumlar nəticəsində yaranan tələfat barədə hələlik dəqiq məlumat verilməsə də, atəşkəs dövründəki ümumi mənzərənin kifayət qədər ağır olduğu bildirilir. Atəşkəs razılaşmasının qüvvəyə mindiyi 10 oktyabr 2025-ci il tarixindən bu yana İsrail ordusunun pozuntuları nəticəsində 477 fələstinli öldürülüb, min 301 nəfər isə yaralanıb.

İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına yönəlik davam etdirdiyi genişmiqyaslı hücumların ümumi statistikası isə dəhşətli həddə çatıb. Rəsmi məlumatlara görə, münaqişənin başladığı tarixdən bu yana ümumilikdə 71 562 fələstinli həyatını itirib, 171 379 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ekspertlər atəşkəsə baxmayaraq davam edən bu hücumların bölgədəki humanitar böhranı daha da dərinləşdirdiyini və kövrək sülh prosesini təhlükə altına atdığını vurğulayırlar.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.