8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Vaşinqton Livanda üçtərəfli komitə modelinin yaradılması üçün israr edir

ABŞ administrasiyasının Livanın cənubunda təhlükəsizlik və siyasi proseslərə nəzarət edən mövcud «mexanizm»in ləğv edilərək onun əvəzində Livan, İsrail və ABŞ-dan ibarət üçtərəfli komitənin yaradılmasında israr etməsi Beyrutda ciddi narahatlıq doğurub. Vaşinqtonun bu təşəbbüsü Fransa və Birləşmiş Millətlər Təşkilatının mandatı ilə fəaliyyət göstərən BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) prosesdən kənarlaşdırılmasını nəzərdə tutur. Bu isə ABŞ–Fransa birgə himayəsi ilə əldə olunmuş və yalnız Livan tərəfi tərəfindən icra edildiyi bildirilən atəşkəs razılaşmasının gələcəyini sual altına salır.

24 Yanvar 2026 04:00
Vaşinqton Livanda üçtərəfli komitə modelinin yaradılması üçün israr edir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ administrasiyasının Livanın cənubunda təhlükəsizlik və siyasi proseslərə nəzarət edən mövcud «mexanizm»in ləğv edilərək onun əvəzində Livan, İsrail və ABŞ-dan ibarət üçtərəfli komitənin yaradılmasında israr etməsi Beyrutda ciddi narahatlıq doğurub.

AzerVoice xəbər verir ki, Vaşinqtonun bu təşəbbüsü Fransa və Birləşmiş Millətlər Təşkilatının mandatı ilə fəaliyyət göstərən BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) prosesdən kənarlaşdırılmasını nəzərdə tutur. Bu isə ABŞ–Fransa birgə himayəsi ilə əldə olunmuş və yalnız Livan tərəfi tərəfindən icra edildiyi bildirilən atəşkəs razılaşmasının gələcəyini sual altına salır.

Məlumata görə, ABŞ səfiri vasitəsilə Livan rəhbərliyinə çatdırılan təklif «mexanizm»in fəaliyyətsizliyi ilə əsaslandırılır və tərəflərin təmsilçilik səviyyəsinin artırılması adı altında yeni üçtərəfli formatın yaradılması təklif olunur. Bu yanaşmanın məqsədinin Livanı İsraillə birbaşa danışıqlara cəlb etmək və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi çərçivəsində UNIFIL-in rolunu zəiflətmək olduğu bildirilir.

Məsələ ilə bağlı Livanda prezident Cozef Aun, parlament sədri Nəbih Berri və baş nazir Nəvvaf Salamın iştirakı ilə fövqəladə toplantının keçirilməsi planlaşdırılır. Toplantıda ABŞ-ın mövqeyinə qarşı vahid siyasi xəttin formalaşdırılması əsas müzakirə mövzusu olacaq.

Mənbələr bildirir ki, Vaşinqtonun UNIFIL-ə qarşı sərt mövqeyi, bəzi amerikalı diplomatların sülhməramlı qüvvələri «Hizbullah»ın fəaliyyətinə göz yummaqda ittiham etməsi və Fransanın proseslərdə rolunun azaldılması cəhdləri Paris–Vaşinqton xəttində də ciddi siyasi uyğunsuzluğun yarandığını göstərir.

Analitiklər hesab edirlər ki, ABŞ-ın bu addımı Livanı silahların yalnız dövlətin nəzarətində olması məsələsində daha sərt qərarlara məcbur etmək üçün siyasi təzyiq mexanizmi kimi istifadə olunur. Eyni zamanda İsrailin razılaşmalara hərbi təzyiq yolu ilə üstünlük qazandırmaq istədiyi də istisna edilmir.

Məqalədə: #ABŞ Livan üçün üçtərəfli komitə modelində israr edir #Vaşinqton UNIFIL-i kənarlaşdırmaq istəyir – Beyrutdan etiraz #Livan cənubunda yeni diplomatik böhran riski #ABŞ–Fransa xəttində Livan üzrə gərginlik artır #Vaşinqton mexanizmi ləğv edib yeni format təklif edir #Livan İsraillə birbaşa danışıqlara təzyiq altındadır #ABD Lübnan için üçlü komite modelini dayatıyor #Washington UNIFIL’i devre dışı bırakmak istiyor #Lübnan’da ABD planına karşı siyasi alarm #ABD-Fransa hattında Lübnan gerilimi #Lübnan İsrail’le doğrudan müzakereye zorlanıyor #Güney Lübnan’da yeni diplomatik kriz

Mövzu üzrə digər xəbərlər

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

14:09
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.