11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə saxlanılır

Avropa Komissiyasının üzvü, bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə komissar Hacə Ləxbib sanksiyalar variantının hələ də gündəmdə olduğunu bildirib.Hacə Ləxbib Anadolu agentliyinə açıqlamasında 2025-ci ilin oktyabrında elan edilən atəşkəsə baxmayaraq, İsrailin hücumları nəticəsində 500-dən çox mülki şəxsin həlak olduğunu qeyd edib. O, sülh planının tam şəkildə qəbul edilməsinin və davamlı atəşkəs rejiminin təmin olunmasının vacibliyini vurğulayıb.

5 Fevral 2026 19:18
Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə saxlanılır
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

Avropa Komissiyasının üzvü, bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə komissar Hacə Ləxbib sanksiyalar variantının hələ də gündəmdə olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Hacə Ləxbib Anadolu agentliyinə açıqlamasında 2025-ci ilin oktyabrında elan edilən atəşkəsə baxmayaraq, İsrailin hücumları nəticəsində 500-dən çox mülki şəxsin həlak olduğunu qeyd edib. O, sülh planının tam şəkildə qəbul edilməsinin və davamlı atəşkəs rejiminin təmin olunmasının vacibliyini vurğulayıb.

Ləxbib yanvarın 20-də İsrail qüvvələrinin Şərqi Qüdsdə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (BMT YQYA) qərargahına reyd keçirməsini, kompleksin ələ keçirilməsini və obyektlərin dağıdılmasını beynəlxalq hüququn açıq pozuntusu kimi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq hüquqdan kənarda qalmaq mümkün deyil və bu normalar hər yerdə eyni şəkildə tətbiq olunmalıdır.

Avrokomissar bildirib ki, Avropa İttifaqı atəşkəsin birinci mərhələsinin tam icrasını və bütün keçid məntəqələrinin açılmasını istəyir. Bu addımların Qəzza zolağına humanitar yardımın çatdırılması üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb.

Ləxbib qeyd edib ki, növbəti mərhələdə Qəzzanın bərpası və bütün Fələstin əraziləri üçün uzunmüddətli baxışın formalaşdırılması müzakirə olunmalıdır. Onun sözlərinə görə, təkcə Qəzzanın yenidən qurulması kifayət deyil, çünki humanitar yardım əzabları yalnız müvəqqəti azaldır və problemin həlli üçün daha genişmiqyaslı siyasi qərarlar tələb olunur.

Komissar həmçinin vurğulayıb ki, Fələstinlə bağlı istənilən müzakirə fələstinlilərin özlərinin iştirakı ilə aparılmalıdır. O, indiyədək fələstinlilərin sülh proseslərinə kifayət qədər cəlb olunmadığını bildirib.

İsrailə qarşı sanksiyalar mövzusuna qayıdan Ləxbib deyib ki, Avropa Komissiyası müxtəlif məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirib. Bununla belə, belə qərarların qəbulu üçün Aİ-yə üzv dövlətlər arasında konsensus tələb olunur və hazırda bu razılaşma əldə olunmayıb. Buna baxmayaraq, sanksiyalar məsələsi gündəmdə qalır.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl üzv ölkələrə İsrailə qarşı mümkün sanksiyalarla bağlı təkliflər təqdim edib. Müzakirə olunan variantlar arasında Aİ–İsrail Assosiasiya Sazişinin azad ticarətlə bağlı müddəalarının dayandırılması, gömrük rüsumlarının tətbiqi, eləcə də işğal olunmuş Fələstin ərazilərində torpaq zəbtində iştirak edən israillilərə qarşı məhdudiyyətlərin tətbiqi yer alır.

Məqalədə: #Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə qalır #Avrokomissar: İsrailə qarşı sanksiyalar variantı aktualdır #Avropa İttifaqı İsraillə bağlı məhdudiyyətləri müzakirə edir #Aİ-də İsrailə qarşı sanksiyalar üçün konsensus yoxdur #Brüssel İsrail məsələsində beynəlxalq hüquqa çağırır #Qəzza ilə bağlı Aİ-nin sanksiya müzakirələri davam edir #AB’de İsrail’e yönelik yaptırımlar gündemde #AB Komiseri: İsrail’e yaptırım seçeneği masada #Brüksel İsrail’e karşı önlemleri tartışıyor #AB’de İsrail yaptırımları için uzlaşı yok #İsrail’e yönelik yaptırımlar AB gündeminde kalıyor #Gazze nedeniyle AB’de yaptırım tartışmaları

Mövzu üzrə digər xəbərlər

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır

07:49
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.