10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Münaqişə başlayandan bəri Səudiyyə səmasında 150 PUA məhv edilib

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə qüvvələri son 24 saat ərzində Krallığın müxtəlif strateji hədəflərinə yönəlmiş 20 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketi zərərsizləşdirib. Müdafiə Nazirliyinin məlumatına görə, cümə günü axşam saatlarından başlayan hücum dalğası ölkənin Şərq vilayəti, Rub-əl-Xali səhrası və şimaldakı Əl-Cof bölgəsini əhal edib. Paytaxt Riyad yaxınlığındakı Şahzadə Sultan Hava Bazasına atılan ballistik raket isə hədəfə çatmadan vurulub.

14 Mart 2026 11:15
Münaqişə başlayandan bəri Səudiyyə səmasında 150 PUA məhv edilib

BAKI, VOA, Nailə Babazadə

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə qüvvələri son 24 saat ərzində Krallığın müxtəlif strateji hədəflərinə yönəlmiş 20 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketi zərərsizləşdirib.

VOA xəbər verir ki,Səudiyyə Müdafiə Nazirliyinin məlumatına görə, cümə günü axşam saatlarından başlayan hücum dalğası ölkənin Şərq vilayəti, Rub-əl-Xali səhrası və şimaldakı Əl-Cof bölgəsini əhal edib. Paytaxt Riyad yaxınlığındakı Şahzadə Sultan Hava Bazasına atılan ballistik raket isə hədəfə çatmadan vurulub.

Fevralın 28-dən bəri davam edən regional gərginlik dövründə Səudiyyə Ərəbistanı səmasında ümumilikdə 150-yə yaxın PUA və 25-dən çox raket məhv edilib. Hücumların mənşəyi rəsmən açıqlanmasa da, bu zərbələrin ABŞ və İsrailin İran ərazisinə hücumlarına cavab olaraq Tehran tərəfindən idarə olunduğu ehtimal edilir.

Hücumlar təkcə Səudiyyə Ərəbistanı ilə məhdudlaşmayıb. Bəhreyn rəsmiləri münaqişənin başlanğıcından bəri 121 ballistik raket və 193 PUA-nı zərərsizləşdirdiklərini bəyan ediblər. Qətər və Küveyt də öz hava məkanlarında bir neçə raket və PUA-nın uğurla vurulduğunu təsdiqləyib.

Birləşmiş Ərəb Əmirliklərində isə Dubay mərkəzində uğurlu müdafiə əməliyyatından sonra raket qəlpələrinin bir binanın fasadına düşdüyü bildirilib. Dubay Media Ofisi hadisə nəticəsində yanğın baş vermədiyini və xəsarət alanın olmadığını qeyd edərək vəziyyətin tam nəzarətdə olduğunu vurğulayıb.

Məqalədə: #Səudiyyə Ərəbistanı #PUA #İsrail və İran gərginliyi #Pilotsuz uçuş aparatı (PUA) #ABŞ və İsrailin İran siyasəti #ABŞ İsrail dəstəyi #ABŞ və İsrail #ABŞ və İsrailin İran gərginliyi #ABŞ və İsrail hücumları

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

17:03
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44

Son Xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub
17:03
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
17:01
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.