8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İrana etimad tamamilə sarsılıb - Səudiyyə XİN

İranın son hücumları nəticəsində ölkələr arasında mövcud olan minimal etimad belə tamamilə sarsılıb. O qeyd edib ki, Səudiyyə Ərəbistanı və region ölkələri siyasi, iqtisadi və diplomatik vasitələrdən istifadə edərək bu hücumların dayandırılmasına nail olmağa çalışacaq.

19 Mart 2026 10:28
İrana etimad tamamilə sarsılıb - Səudiyyə XİN

BAKI,VOA, Fərid Mikayılov

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan İranı Körfəz və ərəb ölkələrinə qarşı hücumları dərhal dayandırmağa çağırıb və bu davranışın ciddi nəticələrinin olacağını bildirib.

VOA xəbər verir ki, Riyadda keçirilən görüşdən sonra çıxış edən nazir İranın hərəkətlərini qəti şəkildə pisləyərək regionda gərginliyin artmasının qarşısını almaq üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Nazir bildirib ki, İranın son hücumları nəticəsində ölkələr arasında mövcud olan minimal etimad belə tamamilə sarsılıb. O qeyd edib ki, Səudiyyə Ərəbistanı və region ölkələri siyasi, iqtisadi və diplomatik vasitələrdən istifadə edərək bu hücumların dayandırılmasına nail olmağa çalışacaq.

Faysal bin Fərhan İranın paytaxt Ər-Riyadı hədəfə almasını diplomatik proseslərə açıq mesaj kimi qiymətləndirib və bu addımın təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, İran qonşularına təzyiq göstərməyə çalışır, lakin bu yanaşma nəticə verməyəcək.

Nazir vurğulayıb ki, ölkəsi təzyiqlərə boyun əyməyəcək və zərurət yaranacağı təqdirdə hərbi addımlar da daxil olmaqla cavab tədbirləri nəzərdən keçirilə bilər.

O, həmçinin Körfəz ölkələrində mülki obyektlərin, o cümlədən enerji infrastrukturu və yaşayış məntəqələrinin hədəfə alınmasını kəskin tənqid edib və İranın bu hücumları ABŞ maraqları ilə əsaslandırmasını “zəif arqument” kimi qiymətləndirib.

Nazir əlavə edib ki, Körfəz ölkələri öz ərazilərinin digər dövlətlərə qarşı hücum platformasına çevrilməsinə imkan verməyəcək və regional sabitliyin qorunması üçün koordinasiyalı fəaliyyət davam etdiriləcək.

Məqalədə: #İran #Səudiyyə Ərəbistanı #Körfəz ölkələri #Faysal bin Fərhan

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.