5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı 26 PUA-nı zərərsizləşdirib və Körfəz ölkələrində gərginlik artır

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi cümə günü səhər saatlarından etibarən 26 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını və məhv edildiyini təsdiqləyib. Eyni zamanda Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyət orqanları da raket və PUA təhdidləri ilə mübarizə apardıqlarını bildiriblər. Küveyt Neft Korporasiyasının "Mina Əl-Əhmədi" limanındakı neft emalı zavodu yenidən İranın PUA hücumlarına məruz qalıb və nəticədə müəssisənin bir neçə bölməsində yanğın baş verib.

20 Mart 2026 09:50
Səudiyyə Ərəbistanı 26 PUA-nı zərərsizləşdirib və Körfəz ölkələrində gərginlik artır

BAKI,VOA, Nailə Babazadə

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi cümə günü səhər saatlarından etibarən 26 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını və məhv edildiyini təsdiqləyib. Eyni zamanda Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyət orqanları da raket və PUA təhdidləri ilə mübarizə apardıqlarını bildiriblər.

VOA xəbər verir ki,Küveyt Neft Korporasiyasının "Mina Əl-Əhmədi" limanındakı neft emalı zavodu yenidən İranın PUA hücumlarına məruz qalıb və nəticədə müəssisənin bir neçə bölməsində yanğın baş verib. Rəsmi UNA agentliyinin məlumatına görə, yanğınsöndürənlər alovu nəzarətə almağa çalışır, ehtiyat tədbiri olaraq bəzi bölmələr fəaliyyətini dayandırıb. Xəsarət alanlar barədə məlumat yoxdur.

Bəhreyn Daxili İşlər Nazirliyi isə "İran təcavüzü" kimi qiymətləndirdiyi hücumdan qalan qəlpələrin anbarda yanğına səbəb olduğunu, lakin yanğının nəzarətə alındığını açıqlayıb. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatına görə, PUA-ların əksəriyyəti krallığın əsas neft emalı zavodlarının yerləşdiyi Şərq vilayəti üzərində vurulub.

Bu yeni hücum dalğası İranın Körfəz enerji infrastrukturuna qarşı kampaniyasını gücləndirməsindən sonraya təsadüf edir. Fevralın 28-dən bəri Səudiyyə Ərəbistanını hədəf alan PUA-ların ümumi sayı 503-ə çatıb. Bundan əlavə, eyni dövr ərzində krallığın hava hücumundan müdafiə sistemləri 42 ballistik raket və 7 qanadlı raketi zərərsizləşdirib.

Məqalədə: #Küveyt #BƏƏ #Səudiyyə Ərəbistanı #PUA #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #İsrail İran hücumu

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

4 Sentyabr 14:11
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.