13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İranın raket zərbələri nəticəsində İsrailin neft emalı zavodunda yanğın başlayıb

İranın raket hücumları və Livandan atılan raket nəticəsində İsrailin Hayfa şəhərində yerləşən "Bazan" neft emalı zavodunda güclü yanğın baş verib. İlkin məlumatlara görə, yanğının birbaşa raket zərbəsi, yoxsa hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qəlpələri nəticəsində yarandığı hələlik dəqiqləşdirilməyib. Fövqəladə hallar xidmətinin bildirdiyinə görə, ölkənin şimalına edilən son hücumlar nəticəsində iki nəfər yaralanıb ki, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyi "Bazan" kompleksindəki insidentdən sonra ətrafa təhlükəli maddələrin sızması riskinin aşkar edilmədiyini bəyan edib.

30 Mart 2026 15:12
İranın raket zərbələri nəticəsində İsrailin neft emalı zavodunda yanğın başlayıb

BAKI, VOA, Orxan Qədirzadə

İranın raket hücumları və Livandan atılan raket nəticəsində İsrailin Hayfa şəhərində yerləşən "Bazan" neft emalı zavodunda güclü yanğın baş verib.

VOA xəbər verir ki, strateji obyektin vurulma görüntüləri ölkənin "12-ci kanal"ı tərəfindən yayımlanıb.

İlkin məlumatlara görə, yanğının birbaşa raket zərbəsi, yoxsa hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qəlpələri nəticəsində yarandığı hələlik dəqiqləşdirilməyib. Fövqəladə hallar xidmətinin bildirdiyinə görə, ölkənin şimalına edilən son hücumlar nəticəsində iki nəfər yaralanıb ki, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyi "Bazan" kompleksindəki insidentdən sonra ətrafa təhlükəli maddələrin sızması riskinin aşkar edilmədiyini bəyan edib.

Eyni zamanda, İsrail ordusu Livanın cənubunda davam edən döyüşlərdə itki verdiyini açıqlayıb. Tank əleyhinə raketin hədəfə dəyməsi nəticəsində 401-ci zirehli briqadanın 19 yaşlı serjantı Liran Ben-Sion həlak olub, bir zabit isə ağır yaralanıb. Bununla da "Hizbullah"a qarşı yenidən başlayan hücum əməliyyatlarında həlak olan israilli hərbçilərin sayı 6-ya çatıb.

Məlumata əsasən, ölkənin şimalında ümumilikdə 6 raket düşməsi faktı qeydə alınıb. Raketlərdən üçü Kiryat-Ataya, ikisi Hayfaya, biri isə Şfaram bölgəsinə düşüb.

Məqalədə: #Bakı #Hayfada strateji obyekt alovlandı: Bazan neft emalı zavodu hədəfə alındı #AzerVoice: İranın raket hücumu İsraildə neft emalı zavodunu vurdu #İsrail ordusu itki verdi: Livanın cənubunda tank əleyhinə raket zərbəsi #Yaxın Şərqdə alovlanan müharibə: Hayfa və Kiryat-Atada raket partlayışları #Bazan zavodunda yanğın: İsrail rəsmilərindən ekoloji təhlükə açıqlaması #İsrail-Livan sərhədində gərginlik: Daha bir əsgər həlak oldu

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

12 Sentyabr 18:31

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.