4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində daha 3 nəfər həlak olub

İsrail ordusunun martın 2-dən etibarən Livana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar bütün şiddəti ilə davam edir. Livanın rəsmi NNA agentliyinin yaydığı məlumata görə, İsrail hərbi təyyarələri səhər saatlarından başlayaraq ölkənin cənubundakı Dıbbin, Kefer Sir, Haruf, Zibdin, Yatır və Burç Rahhal yaşayış məntəqələrini intensiv bombardman edib. Kefer Sir qəsəbəsində yerləşən iki mərtəbəli binanın hədəf alınması nəticəsində azı 3 mülki şəxs həyatını itirib. Eyni zamanda, sərhəd xəttində yerləşən Hiyam, Sadiykayn və Zıbkin bölgələri ağır artilleriya atəşinə tutulub.

2 Aprel 2026 12:33
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində daha 3 nəfər həlak olub

BAKI, VOA, Nailə Babazadə

İsrail ordusunun martın 2-dən etibarən Livana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar bütün şiddəti ilə davam edir.

VOA xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin yaydığı məlumata görə, İsrail hərbi təyyarələri səhər saatlarından başlayaraq ölkənin cənubundakı Dıbbin, Kefer Sir, Haruf, Zibdin, Yatır və Burç Rahhal yaşayış məntəqələrini intensiv bombardman edib. Kefer Sir qəsəbəsində yerləşən iki mərtəbəli binanın hədəf alınması nəticəsində azı 3 mülki şəxs həyatını itirib. Eyni zamanda, sərhəd xəttində yerləşən Hiyam, Sadiykayn və Zıbkin bölgələri ağır artilleriya atəşinə tutulub.

İsrail quru qoşunları gecə saatlarında ölkənin cənubundakı Nakura, Bayyada və Dibil kəndlərinə daxil olaraq bir çox evi partlayıcılarla məhv edib, kənd təsərrüfatı torpaqlarında yanğınlar törədib və strateji yolları sıradan çıxarıb. İsrail komandanlığı bu addımları ölkənin şimalına atılan raketlərə cavab və quru işğalının genişləndirilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirir. Xatırladaq ki, martın 2-dən başlayan hücumlar zamanı həm havadan, həm də dənizdən Beyrut daxil olmaqla bütün Livan ərazisi intensiv atəş altında saxlanılır.

Livan Səhiyyə Nazirliyinin son hesabatına görə, münaqişənin başladığı bir ay ərzində həlak olanların sayı 1318-ə, yaralıların sayı isə 3935-ə çatıb. Livan hökuməti ölkə daxilində məcburi köçkün düşən insanların sayının artıq 1 milyon 162 mini keçdiyini açıqlayıb. Humanitar böhranın dərinləşdiyi bölgədə mülki infrastrukturun dağıdılması və yaşayış məntəqələrinin sistematik şəkildə sökülməsi beynəlxalq birliyin ciddi narahatlığına səbəb olub.

Məqalədə: #Livan #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #İsrail Livanda hərbi mövcudluq #İsrail–Livan gərginliyi

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?
ArabLyrics

Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

12:13

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.