7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu məhkəmənin təxirə salınmasını istədi

İsrail Başınaziri Benyamin Netanyahu, bazar günü yenidən başlaması planlaşdırılan korrupsiya məhkəməsinin təxirə salınması üçün Qüds Regional Məhkəməsinə müraciət edib. Netanyahu Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyətini və ABŞ ilə İran arasında əldə olunmuş müvəqqəti atəşkəsdən sonrakı diplomatik prosesləri əsas gətirib.

10 Aprel 2026 22:49
Netanyahu məhkəmənin təxirə salınmasını istədi

BAKI,VOA, Nailə Babazadə

İsrail Başınaziri Benyamin Netanyahu, bazar günü yenidən başlaması planlaşdırılan korrupsiya məhkəməsinin təxirə salınması üçün Qüds Regional Məhkəməsinə müraciət edib.

VOA xəbər verir ki, Netanyahu Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyətini və ABŞ ilə İran arasında əldə olunmuş müvəqqəti atəşkəsdən sonrakı diplomatik prosesləri əsas gətirib.

Məhkəməyə təqdim edilən rəsmi vəsatətdə bildirilir ki, son zamanlar bölgədə baş verən dramatik hadisələr və "məxfi diplomatik-təhlükəsizlik səbəbləri" başınazirin ən azı iki həftə ərzində ifadə verməsini qeyri-mümkün edir. Vəsatətdə bu gizli səbəblərin təfərrüatlarının əks olunduğu möhürlü zərfin hakimlərə təqdim edildiyi qeyd olunub. Prokurorluğun rəyindən sonra məhkəmənin qəti qərarı bəlli olacaq.

Netanyahunun korrupsiya davasına 28 fevralda ABŞ və İsrailin İrana hücumlarından sonra ara verilmişdi. Atəşkəs elan edildikdən sonra prosesin bu bazar günü davam etdirilməsi qərara alınmışdı. Başınazir "1000", "2000" və "4000" nömrəli sənədlər kimi tanınan üç ayrı iş üzrə "rüşvət, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları ilə mühakimə olunur.

Məhkəmə prosesi təxminən 6 ildir davam edir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump 2025-ci ilin noyabrında İsrail Prezidenti İshaq Hersoqa məktub göndərərək Netanyahunu əfv etməyə çağırmışdı. Əvvəllər əfv tələb etməyəcəyini deyən Netanyahu da 2025-ci ilin sonunda rəsmən Hersoqa əfv müraciəti ünvanlayıb.

Məqalədə: #Benyamin Netanyahu #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #Netanyahu yeni Yaxın Şərq planı #İsrail İran hücumu #İsrail-İran müharibəsi #İsrail İran münasibətləri

Mövzu üzrə digər xəbərlər

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

4 Sentyabr 18:51
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib
Livan

İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

3 Sentyabr 18:44

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.