12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 72 mini ötüb

2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına həyata keçirdiyi aramsız hücumlar nəticəsində bölgədəki can itkisi dəhşətli həddə çatıb. Fələstin Sağlamlıq Nazirliyinin açıqladığı son məlumatlara görə, ötən müddət ərzində ümumi can itkisi 72 min 328 nəfərə, yaralıların sayı isə 172 min 184 nəfərə yüksəlib. Son 48 saat ərzində xəstəxanalara daha 11 nəfərin nəşi gətirilib, 26 yaralı isə müalicə altına alınıb.

11 Aprel 2026 23:01
Qəzzada ölənlərin sayı 72 mini ötüb

BAKI,VOA, Nailə Babazadə

2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına həyata keçirdiyi aramsız hücumlar nəticəsində bölgədə ölənlərin sayı açıqlanıb.

VOA xəbər verir ki, Fələstin Sağlamlıq Nazirliyinin açıqladığı son məlumatlara görə, ötən müddət ərzində ölənlərin sayı 72 min 328 nəfərə, yaralıların sayı isə 172 min 184 nəfərə yüksəlib. Son 48 saat ərzində xəstəxanalara daha 11 nəfərin nəşi gətirilib, 26 yaralı isə müalicə altına alınıb.

Bölgədə 10 oktyabr tarixində elan edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu tərəfindən ciddi pozuntular qeydə alınır. Məlumata görə, döyüş təyyarələri Bureyc qaçqın düşərgəsindəki polis mərkəzinə zərbələr endirib və nəticədə 6 nəfər həyatını itirib. Oxşar hücumlar Beyt Lahiya və Cibaliya qaçqın düşərgələrində də davam edib və burada da mülki şəxslər hədəf alınıb. Atəşkəsin qüvvəyə mindiyi tarixdən bu yana ümumilikdə 749 fələstinli həlak olub.

Humanitar böhranın ən ağır tərəfi isə səhiyyə sisteminin tamamilə iflic olmasıdır. Qəzzanın ən böyük tibb ocaqlarından olan Nasır Xəstəxanasında yanacaq və ehtiyat hissələrinin çatışmazlığı səbəbindən əsas generatorlardan biri sıradan çıxıb. Həkimlər kritik şöbələri elektrik enerjisi ilə təmin etmək üçün daha kiçik generatorlara keçsələr də, bu tədbirlərin müvəqqəti olduğu və xəstələrin həyatı üçün böyük risk yaratdığı bildirilir.

Şərqi Qüdsdə isə Fələstin ailələrinə qarşı "məcburi söküntü" siyasəti davam edir. İsrail hakimiyyəti tərəfindən tətbiq edilən yüksək pul cərimələri və söküntü xərcləri ilə təhdid edilən üç fələstinli qardaş, 30 il əvvəl inşa etdikləri və 25 nəfərin yaşadığı evlərini öz əlləri ilə sökmək məcburiyyətində qalıblar. Bu addım bölgədəki fələstinli varlığını sıxışdırıb çıxarmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Məqalədə: #Qəzza zolağı #Qəzza hücumu #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31

Son Xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.