5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Dohada mühüm görüş Suriya və Qətər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani çərşənbə günü Dohada Suriya Prezidenti Əhməd əl-Şaraa ilə regional və beynəlxalq proseslərin müzakirə edildiyi rəsmi görüş keçirib. Şeyx Təmim bu səfərin iki ölkə arasında müxtəlif sektorlar üzrə əməkdaşlığı gücləndirəcəyinə və əlaqələri daha da genişləndirəcəyinə ümid etdiyini bildirib.

22 Aprel 2026 20:46
Dohada mühüm görüş Suriya və Qətər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

BAKI,VOA, Nailə Babazadə

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani çərşənbə günü Dohada Suriya Prezidenti Əhməd əl-Şaraa ilə regional və beynəlxalq proseslərin müzakirə edildiyi rəsmi görüş keçirib.

VOA xəbər verir ki,Şeyx Təmim bu səfərin iki ölkə arasında müxtəlif sektorlar üzrə əməkdaşlığı gücləndirəcəyinə və əlaqələri daha da genişləndirəcəyinə ümid etdiyini bildirib.

Prezident əl-Şaraa Suriyanın hər iki xalqın ortaq maraqlarına xidmət edəcək şəkildə ikitərəfli münasibətləri inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Suriya lideri İranın bölgədəki ölkələri və Qətəri hədəf alan hücumlarından sonra Doha ilə həmrəy olduqlarını ifadə edib. O Qətərin öz suverenliyini təhlükəsizliyini və vətəndaşlarını qorumaq üçün atdığı bütün addımları dəstəklədiklərini bəyan edib.

Görüş zamanı liderlər regional sabitliyin dəstəklənməsi istiqamətində öhdəliklərini bir daha təsdiqləyib və ikitərəfli əlaqələrin gələcək inkişaf yollarını nəzərdən keçiriblər. Müzakirələrdə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Sani həmçinin Suriyanın Xarici İşlər naziri Əsad əl-Şeybani və digər yüksək rütbəli rəsmilər iştirak ediblər.

Rəsmi qəbuldan sonra Şeyx Təmim və Əhməd əş-Şaraa arasında təkbətək görüş baş tutub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Suriya Prezidenti körfəz turuna çərşənbə aqşamı Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşərək başlayıb. Bu səfərlər Suriyanın bölgədəki diplomatik mövqeyini yenidən qurmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.

Məqalədə: #Qətər #Doha #Əhməd Əl-Şaraa #regional müharibə riski #regional münaqişə

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib
Qətər

Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

2 Sentyabr 19:11

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.