İsrail–Hizbullah müharibəsində ölənlərin sayını 3 826 nəfərə çatıb
Livan İsrail–Hizbullah müharibəsində ölənlərin sayının 3 826 nəfərə çatdığını açıqlayıb. Yaralıların sayı 11 851 nəfərdir. Ölənlər arasında mülki şəxslər və yardım işçiləri də var. 1 milyondan çox insan köçkün vəziyyətinə düşüb. Bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır. Münaqişənin təsiri xüsusilə Livanın cənubunda daha güclüdür. Rəsmilər vəziyyəti ciddi böhran kimi qiymətləndirirlər.
İranın İnqilabi Qvardiyası İsrailin Livandan çıxmaması halında bölgədə sülhün mümkün olmayacağını bildirib
İranın İnqilabi Qvardiyası bildirib ki, İsrail Livan ərazilərindən çıxmadıqca bölgədə sülh mümkün olmayacaq. Atəşkəsi qəbul etmək üçün bütün cəbhələrdə, o cümlədən Livanda dayanıqlı atəşkəs tələb olunur. Düşmən dərhal Livan xalqına qarşı hücumları dayandırmalı, işğal olunmuş əraziləri boşaldaraq beynəlxalq sərhədlərin arxasına çəkilməli və Livanın ərazi bütövlüyünü tanımalıdır.
İran Xarici İşlər Nazirliyindən diqqətçəkən açıqlama
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran hazırkı mərhələdə diqqəti nüvə proqramına deyil, regional münaqişələrin və xüsusilə Livandakı hərbi vəziyyətin dayandırılmasına yönəldib. Onun sözlərinə görə, nüvə proqramının detalları bu mərhələdə müzakirə olunmayacaq və məsələnin yenidən gündəmə gəlməsi gələcək diplomatik proseslərin gedişindən asılı olacaq. Bu açıqlama İranın hazırkı diplomatik prioritetlərində dəyişiklik siqnalı kimi qiymətləndirilir.
Münaqişəyə son qoymaq üçün məsləhətləşmələr davam edir - Pakistan
Pakistanın xarici işlər naziri İshaq Dar apardıqları danışıqlarda böyük irəliləyiş əldə olunacağına əminliyini ifadə edərək bildirib ki, tərəflər arasında atəşkəsə nail olmaq və dialoq prosesini başlatmaq üçün ciddi səylər göstərilib.
Dohada mühüm görüş Suriya və Qətər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani çərşənbə günü Dohada Suriya Prezidenti Əhməd əl-Şaraa ilə regional və beynəlxalq proseslərin müzakirə edildiyi rəsmi görüş keçirib. Şeyx Təmim bu səfərin iki ölkə arasında müxtəlif sektorlar üzrə əməkdaşlığı gücləndirəcəyinə və əlaqələri daha da genişləndirəcəyinə ümid etdiyini bildirib.
Hakan Fidan və Antonio Quterreş Ankarada regional böhranları müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Ankara paytaxt Ankarada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə mühüm görüş keçirib. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Xarici İşlər Nazirliyində baş tutan bu görüşdə əsas diqqət Yaxın Şərqdə alovlanan müharibə, Ukrayna böhranı və qlobal təhlükəsizlik təhdidlərinə yönəlib. Nazir Fidan BMT-nin regionda sülhün bərpası və humanitar yardımların çatdırılması istiqamətindəki rolunun vacibliyini vurğulayaraq, Türkiyənin bu proseslərdə aktiv dəstəyini ifadə edib.
Səudiyyə Ərəbistanı Yəmənə hava hücumları həyata keçirib
Səudiyyə Ərəbistanı Yəmənin Hadramaut şəhərində BƏƏ-ni dəstəkləyən Cənub Keçid Şurasının (STC) qüvvələrinə qarşı hava hücumu həyata keçirdiyi bildirilir. GGK-nın yüksək səviyyəli rəsmilərindən Məhəmməd Əbdülməlik Əl-Haşa bölgəsində yerləşən hərbi düşərgənin hədəfə alındığını bildirib. Əbdülməlik qeyd edib ki, düşərgəyə yeddi hava zərbəsi endirilib və əlavə olaraq bir torpaq əməliyyatı da püskürtülüb. O, hücumlarda itkilərin və yaralanmaların baş verdiyini, lakin ölən və yaralananların sayının hələ dəqiqləşmədiyini bildirib.