13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Məscidül-Əqsa üçün ortaq mövqe - 8 ölkədən İsrailə sərt etiraz

Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri birgə bəyanat yayıblar. Bəyanatda İsrailin Qüdsdə müsəlman və xristian müqəddəs məkanlarının tarixi və hüquqi statusuna qarşı təkrarlanan pozuntuları, xüsusilə İsrail rəsmiləri və məskunlaşanların polis müşayiəti ilə Məscidül-Əqsaya daxil olması və ərazidə İsrail bayrağının qaldırılması qınanıb.

24 Aprel 2026 09:06
Məscidül-Əqsa üçün ortaq mövqe - 8 ölkədən İsrailə sərt etiraz

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və daha 5 ölkə İsrailin Məscidül-Əqsa ilə bağlı addımlarını kəskin şəkildə pisləyib.

VOA xəbər verir ki, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri birgə bəyanat yayıblar.

Bəyanatda İsrailin Qüdsdə müsəlman və xristian müqəddəs məkanlarının tarixi və hüquqi statusuna qarşı təkrarlanan pozuntuları, xüsusilə İsrail rəsmiləri və məskunlaşanların polis müşayiəti ilə Məscidül-Əqsaya daxil olması və ərazidə İsrail bayrağının qaldırılması qınanıb.

Nazirlər bu addımları beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn açıq pozuntusu, dünya müsəlmanlarına qarşı qəbuledilməz təxribat kimi qiymətləndiriblər.

Bəyanatda Məscidül-Əqsanın bütün ərazisinin yalnız müsəlmanlara məxsus ibadət məkanı olduğu vurğulanıb və İordaniya Vəqflər Nazirliyinə bağlı Qüds Vəqfləri İdarəsinin bu məkanın idarə olunmasında yeganə qanuni qurum olduğu bildirilib.

Nazirlər həmçinin İsrailin yeni yaşayış məntəqələrini təsdiqləməsini və işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı artan zorakılığı pisləyiblər.

Bəyanatda beynəlxalq ictimaiyyətə İsrailin qanunsuz addımlarını dayandırmaq və işğal altındakı ərazilərdə gərginliyin qarşısını almaq üçün məsuliyyət daşıdığı xatırladılıb.

Nazirlər Fələstin xalqının öz müqəddəratını təyin etmək və paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququna dəstəklərini bir daha təsdiqləyiblər.

Məqalədə: #İsrail #Fələstin #QÜDS #Məscidül-Əqsa #Şərqi Qüds #Beynəlxalq hüquq #İki dövlətli həll #8 ölkənin bəyanatı #Məscidül-Əqsa ilə bağlı 8 ölkənin bəyanatı #Türkiyə Səudiyyə Pakistan Qüds açıqlaması #İsrailin Məscidül-Əqsa addımlarına reaksiya #Qüdsün tarixi və hüquqi statusu #Fələstin dövlətinə beynəlxalq dəstək #iki dövlətli həll üzrə diplomatik çağırış

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

12 Sentyabr 18:31

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.