6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tadamun qətliamının əsas şübhəlisi Hama vilayətində saxlanıldı

Suriyada 2013-cü ildə baş vermiş Tadamun qətliamının əsas fiqurlarından biri hesab edilən Əmcəd Yusif təhlükəsizlik əməliyyatı nəticəsində saxlanılıb. Suriya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, əməliyyat Hama vilayətinin Əl-Qab ovalığında həyata keçirilib. Bildirilir ki, saxlanılma əməliyyatından əvvəl bir neçə gün davam edən izləmə və operativ nəzarət tədbirləri görülüb.

24 Aprel 2026 14:16
Tadamun qətliamının əsas şübhəlisi Hama vilayətində saxlanıldı

BAKI,VOA, Orxan Qədirzadə

Suriyada 2013-cü ildə baş vermiş Tadamun qətliamının əsas fiqurlarından biri hesab edilən Əmcəd Yusif təhlükəsizlik əməliyyatı nəticəsində saxlanılıb.

VOA SANA agentliyinə istinadən xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, əməliyyat Hama vilayətinin Əl-Qab ovalığında həyata keçirilib. Bildirilir ki, saxlanılma əməliyyatından əvvəl bir neçə gün davam edən izləmə və operativ nəzarət tədbirləri görülüb.

Nazirlik vurğulayıb ki, Tadamun qətliamında iştirak etmiş digər şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, 2013-cü ildə Dəməşqin Tadamun məhəlləsində baş vermiş hadisələr zamanı onlarla mülki şəxs qətlə yetirilib. Əvvəlki araşdırmalar zamanı bəzi şübhəlilər saxlanılmış və 500-dən çox mülki şəxsin öldürüldüyü digər qətliamları etiraf etmişdilər.

Aprel 2022-ci ildə britaniyalı “The Guardian” nəşri tərəfindən yayımlanan araşdırmada 16 aprel 2013-cü il tarixli görüntülər təqdim olunmuşdu. Həmin görüntülərdə hərbi geyimli şəxslərin gözləri və əlləri bağlanmış insanları qaçmağa məcbur etdiyi, daha sonra onlara atəş açıldığı və qurbanların cəsədlərlə dolu çuxura düşdüyü əks olunmuşdu. Məlumata görə, ən azı 41 nəfər bu şəkildə qətlə yetirilib və cəsədlər sonradan yandırılıb.

Tadamun məhəlləsinin yerli nümayəndəsi Əhməd Adra bildirib ki, sənədləşdirilmiş məlumatlara əsasən, qətliam nəticəsində azı 288 nəfər həyatını itirib. Onun sözlərinə görə, bölgədə aşkar olunan kütləvi məzarlıqlar hadisənin daha geniş miqyasda olduğunu göstərir.

Tadamun qətliamının əsas şübhəlisi Hama vilayətində saxlanıldı
Məqalədə: #Suriya qətliamı #Tadamun hadisəsi #Əmced Yusuf #Hama əməliyyatı #Dəməşq hadisələri #Əmced Yusuf kimdir Suriya #Hama vilayətində əməliyyat xəbəri #Suriyada kütləvi qətliam araşdırması #Tadamun məhəlləsi hadisələr

Mövzu üzrə digər xəbərlər

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.