8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Fələstində yerli idarəetmə seçkiləri: Sabah səsvermə keçiriləcək

Fələstinlilərin yerli idarəetmə orqanlarını müəyyənləşdirmək üçün sabah sandıq başına gedəcəyi bildirilib. Fələstin Mərkəzi Seçki Komissiyasından verilən yazılı açıqlamaya görə, 25 aprel tarixində Qəzza zolağındakı Deyr əl-Bəlah şəhəri və işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəria) keçiriləcək seçkilərdə bələdiyyə məclisləri üçün 321 siyahı üzrə 1200-ü qadın olmaqla, cəmi 3 773 namizəd, kənd məclisləri üçün isə 93 kənd şurasında 1 358 nəfər mübarizə aparacaq.

24 Aprel 2026 18:33
Fələstində yerli idarəetmə seçkiləri: Sabah səsvermə keçiriləcək

BAKI,VOA, Nailə Babazadə

Fələstinlilərin yerli idarəetmə orqanlarını müəyyənləşdirmək üçün sabah sandıq başına gedəcəyi bildirilib.

VOA xəbər verir ki, Fələstin Mərkəzi Seçki Komissiyasından verilən yazılı açıqlamaya görə, 25 aprel tarixində Qəzza zolağındakı Deyr əl-Bəlah şəhəri və işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəria) keçiriləcək seçkilərdə bələdiyyə məclisləri üçün 321 siyahı üzrə 1200-ü qadın olmaqla, cəmi 3 773 namizəd, kənd məclisləri üçün isə 93 kənd şurasında 1 358 nəfər mübarizə aparacaq.

Yerli seçkilərdə 1 milyondan çox insanın iştirak edəcəyi, təxminən 70 min nəfərin isə səsini Qəzza zolağındakı Deyr əl-Bəlah şəhərində istifadə edəcəyi gözlənilir. Seçki komissiyası prosesin idarə olunması üçün genişmiqyaslı hazırlıqlar görüldüyünü, 12-si Deyr əl-Bəlahda olmaqla, ümumilikdə 491 mərkəzdə səsvermənin keçiriləcəyini bildirib.

Açıqlamada qeyd olunub ki, başlanğıcda seçkilərin bütün şəhərlərdə keçirilməsi planlaşdırılsa da, sonradan Qəzza zolağında Deyr əl-Bəlah istisna olmaqla, digər ərazilərdə seçkilərin təxirə salınmasına qərar verilib. Həmçinin İordan çayının qərb sahilindəki bir bölgədə də təxirəsalma baş verib. Yerli seçkilər kənd və qəsəbələr də daxil olmaqla, ümumilikdə 420 yaşayış məntəqəsini əhatə edəcək.

Həmas və Fəth hərəkatları arasında 2007-ci ildə yaranan ixtilafdan bəri ümumi seçkilərin keçirilə bilmədiyi Fələstin torpaqlarında, sonuncu yerli seçkilərin birinci mərhələsi 11 dekabr 2021-ci ildə, ikinci mərhələsi isə 26 mart 2022-ci ildə baş tutmuşdu.

Məqalədə: #Fələstin #Seçkilərdə səsvermə #səsvermə prosesi

Mövzu üzrə digər xəbərlər

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

14:09
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.