9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin atəşkəs müddətində Livana hücumları nəticəsində ölənlərin sayı artıb

İsrail ordusunun 17 apreldə qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənubundakı müxtəlif yaşayış məntəqələrinə təşkil etdiyi şiddətli hücumlarda həlak olanların sayı 15-ə çatıb. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail ordusunun gün ərzində həyata keçirdiyi hava zərbələri nəticəsində ciddi itkilər qeydə alınıb. Livan Səhiyyə Nazirliyi bildirib ki, günortadan əvvəl Cebşit, Tulin və Haruf qəsəbələrinə təşkil edilən hücumlarda 2-si uşaq olmaqla 9 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.

30 Aprel 2026 20:54
İsrailin atəşkəs müddətində Livana hücumları nəticəsində ölənlərin sayı artıb

BAKI,VOA Nailə Babazadə

İsrail ordusunun 17 apreldə qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənubundakı müxtəlif yaşayış məntəqələrinə təşkil etdiyi şiddətli hücumlarda həlak olanların sayı 15-ə çatıb.

VOA xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail ordusunun gün ərzində həyata keçirdiyi hava zərbələri nəticəsində ciddi itkilər qeydə alınıb. Livan Səhiyyə Nazirliyi bildirib ki, günortadan əvvəl Cebşit, Tulin və Haruf qəsəbələrinə təşkil edilən hücumlarda 2-si uşaq olmaqla 9 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.

Bundan başqa, axşam saatlarında Bestiyet qəsəbəsində 2, Kana qəsəbəsində 2, günorta saatlarında isə Şəhhabiyyə qəsəbəsində daha 2 nəfər İsrail bombardmanlarının qurbanı olub.

Xatırladaq ki, İsrail ordusu martın 2-dən etibarən Livana qarşı genişmiqyaslı hava və quru əməliyyatlarına başlayaraq ölkənin cənubundakı bir çox ərazini işğal edib. Bu müddət ərzində 1 milyondan çox insan didərgin düşüb, 2500-dən çox livanlı isə həlak olub.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 17 apreldə əldə olunan və 10 günlük nəzərdə tutulan keçici atəşkəsin müddəti daha 3 həftə uzadılsa da, bölgədə sabitlik təmin olunmayıb. Atəşkəs rejiminə rəğmən İsrail ordusunun yaşayış binalarını dağıtması və hücumlarını davam etdirməsinə cavab olaraq, Hizbullahın da İsrail bölmələrini hədəf aldığı bildirilir.

Məqalədə: #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan İsrail gərginliyi #Livan İsrail münasibətləri

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.