7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

HƏMAS lideri Xəlil əl-Həyyə dördüncü oğlunu itirdi - “Övladlarımızın öldürülməsi bizi qorxutmayacaq”

HƏMAS Siyasi Bürosunun rəhbərlərindən biri olan Xəlil əl-Həyyənin oğlu Əzzam əl-Həyyə İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində həyatını itirib. Əzzam əl-Həyyə Qəzza şəhərinin Əd-Dərəc məhəlləsinə təşkil edilən hücum zamanı ağır yaralanıb və daha sonra aldığı xəsarətlərdən ölüb. Bu gün Qəzza şəhərində onun dəfn mərasimi keçirilib.

7 May 2026 16:59
HƏMAS lideri Xəlil əl-Həyyə dördüncü oğlunu itirdi - “Övladlarımızın öldürülməsi bizi qorxutmayacaq”

BAKI,VOA Orxan Qədirzadə

HƏMAS Siyasi Bürosunun rəhbərlərindən biri olan Xəlil əl-Həyyənin oğlu Əzzam əl-Həyyə İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində həyatını itirib.

VOA xəbər verir ki, Əzzam əl-Həyyə Qəzza şəhərinin Əd-Dərəc məhəlləsinə təşkil edilən hücum zamanı ağır yaralanıb və daha sonra aldığı xəsarətlərdən ölüb. Bu gün Qəzza şəhərində onun dəfn mərasimi keçirilib.

Beləliklə, Xəlil əl-Həyyənin müxtəlif illərdə İsrail hücumları nəticəsində həyatını itirən oğullarının sayı dördə çatıb. Daha əvvəl onun oğulları Həmzə, Usamə və Həmmam əl-Həyyə də ayrı-ayrı hücumlarda ölüb.

Məlumata əsasən, Həmzə əl-Həyyə 2008-ci ildə İsrail pilotsuz uçuş aparatının zərbəsi nəticəsində, Usamə əl-Həyyə isə 2014-cü ildə ailə üzvləri ilə birlikdə İsrail bombardmanı zamanı həyatını itirib. Həmmam əl-Həyyə isə 2025-ci ildə Dohada yerləşən danışıqlar nümayəndəliyinə təşkil edilən hücum zamanı ölüb.

Oğlunun öldürülməsindən sonra açıqlama verən Xəlil əl-Həyyə bildirib ki, İsrailin bu hücumları HƏMAS nümayəndə heyətinə təzyiq göstərmək məqsədi daşıyır.

Onun sözlərinə görə, İsrail siyasi güzəştlər əldə etmək üçün lider ailələrini hədəfə alır, lakin bu hücumlar onların mövqeyini dəyişməyəcək.

Əl-Həyyə qeyd edib ki, “övladlarımızın öldürülməsi bizi qorxutmayacaq” və ailəsinin verdiyi itkilər Fələstin xalqının yaşadığı ağrıların bir hissəsidir.

Hadisə HƏMAS ilə İsrail arasında vasitəçilər üzərindən davam edən danışıqların həssas mərhələsində baş verib. Siyasi müşahidəçilər hesab edirlər ki, bu cür hücumlar danışıqlar prosesinə psixoloji və siyasi təzyiq məqsədi daşıya bilər.

HƏMAS isə yaydığı bəyanatda Əzzam əl-Həyyənin öldürülməsini “qorxaq cinayət” adlandıraraq bildirib ki, lider ailələrinin və mülki şəxslərin hədəfə alınması təşkilatın mövqeyini dəyişdirməyəcək.

Son aylarda Qəzza zolağında vəziyyət daha da ağırlaşıb. İsrailin davam edən hava hücumları nəticəsində bölgədə humanitar böhran dərinləşib, mülki itkilərin sayı artıb və atəşkəs danışıqları ətrafında gərginlik yüksəlib. Vasitəçilərin diplomatik səylərinə baxmayaraq, tərəflər arasında yekun razılaşmanın əldə olunması hələ də mümkün olmayıb.

Məqalədə: #Qəzza humanitar böhranı #Xəlil əl-Həyyə #HƏMAS rəhbərliyi #Qəzza hava hücumları #İsrail-HƏMAS münaqişəsi #Əzzam əl-Həyyə #Qəzza danışıqları #HƏMAS siyasi bürosu #HƏMAS ailə üzvləri

Mövzu üzrə digər xəbərlər

Netanyahu Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməyib
Fələstin

Netanyahu Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməyib

20 Avqust 15:31
İran Qəzza danışıqlarında HƏMAS-ın qərarlarını dəstəkləyəcək - Məsud Pezeşkian
İran

İran Qəzza danışıqlarında HƏMAS-ın qərarlarını dəstəkləyəcək - Məsud Pezeşkian

5 Avqust 18:40
Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi
Fələstin

Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi

4 Avqust 14:46
HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib
Yaxın Şərq

HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

22 İyul 20:05

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.