7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İranın çoxsaylı hava hücumlarının qarşısı alınıb - Bəhreyn ordusu

Bəhreyn Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirildiyi bildirilən çoxsaylı hava hücumlarının qarşısını aldığını və onları zərərsizləşdirdiyini açıqlayıb. Məlumata görə, hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı şəraitində fəaliyyət göstərərək İran tərəfindən buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarını vaxtında aşkarlayıb və məhv edib.

16 İyul 2026 14:48
İranın çoxsaylı hava hücumlarının qarşısı alınıb - Bəhreyn ordusu

BAKI,VOA, Fərid Mikayılov

Bəhreyn Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirildiyi bildirilən çoxsaylı hava hücumlarının qarşısını aldığını və onları zərərsizləşdirdiyini açıqlayıb.

VOA xəbər verir ki, Bəhreyn Silahlı Qüvvələrinin Baş Komandanlığının yaydığı bəyanatda İranın ölkədəki mülki əhalini hədəf alan hücumlarla "aqressiv siyasətini davam etdirdiyi" iddia olunub.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı şəraitində fəaliyyət göstərərək İran tərəfindən buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarını vaxtında aşkarlayıb və məhv edib.

Rəsmi açıqlamada vurğulanıb ki, ölkənin bütün hərbi hissələri və təhlükəsizlik qüvvələri Bəhreynin müdafiəsini təmin etmək məqsədilə ən yüksək hazırlıq və döyüş növbətçiliyi rejiminə keçirilib.

Bəhreyn hakimiyyəti əhaliyə müraciət edərək onları ehtiyatlı olmağa, hücumlardan sonra aşkar edilə biləcək şübhəli əşyalara yaxınlaşmamağa və bu barədə dərhal aidiyyəti dövlət qurumlarına məlumat verməyə çağırıb.

Bildirilib ki, hərbi mühəndis bölmələri belə obyektlərin təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün tam hazırlıq vəziyyətindədir.

Bəyanatda həmçinin İranın raket və pilotsuz uçuş aparatları vasitəsilə mülki şəxsləri və şəxsi mülkiyyəti hədəfə aldığı iddia edilərək bunun beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğu vurğulanıb.

Məqalədə: #İran #Tehran #Bəhreyn #Yaxın Şərq

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

19:41

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.