12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

Livan deputatı Melhem Xələf İsrailli məskunlaşanların ölkənin cənubuna daxil olmasını pisləyib. O, bunu Livanın suverenliyinə qarşı açıq hücum adlandırıb. Deputat hadisələrin İsrail ordusunun dəstəyi ilə baş verdiyini iddia edib. Xələf mülki şəxslərin iştirakının hadisələrin mahiyyətini dəyişmədiyini bildirib. O, BMT və UNIFIL-i təcili tədbirlər görməyə çağırıb. Deputat hadisələrin sənədləşdirilərək BMT Təhlükəsizlik Şurasına təqdim edilməsini istəyib. İsrail tərəfi açıqlamaya hələlik münasibət bildirməyib. Məlumat müstəqil şəkildə təsdiqlənməyib.

18 İyul 2026 19:14
İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

BAKI,VOA,Yusif Şərifzadə

Livan parlamentinin Beyrutdan seçilmiş yunan-pravoslav deputatı Melhem Xələf İsrail ordusunun nəzarətində olan Livan ərazilərinə israilli məskunlaşanların təkrar daxil olmasını ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı ciddi təhdid kimi qiymətləndirib.

VOA xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin yaydığı məlumata əsasən, Xələf bildirib ki, bu hadisələr "sadəcə sərhəd insidenti deyil, Livanın suverenliyi və ərazi bütövlüyünə qarşı birbaşa hücum, həmçinin yeni reallığın güc yolu ilə qəbul etdirilməsi cəhdidir".

Deputat vurğulayıb ki, hadisələrdə mülki şəxslərin iştirak etməsi bu hərəkətlərin mahiyyətini dəyişmir. Onun sözlərinə görə, israilli məskunlaşanların fəaliyyəti İsrail hərbi qüvvələrinin dəstəyi ilə həyata keçirilir.

Melhem Xələf baş verənləri "aqressiv hərəkətlər" adlandıraraq beynəlxalq ictimaiyyətin diqqətini məsələyə yönəltməyə çağırıb.

O, Birləşmiş Millətlər Təşkilatını və Livandakı BMT Müvəqqəti Qüvvələrini (UNIFIL) təcili tədbirlər görməyə səsləyib. Deputat məskunlaşanların qarşısının alınmasını, hadisələrin rəsmi şəkildə sənədləşdirilməsini və onların BMT Təhlükəsizlik Şurasına təqdim edilməsini tələb edib.

İsrail tərəfi Melhem Xələfin səsləndirdiyi ittihamlara hələlik rəsmi münasibət bildirməyib. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

Məqalədə: #İsrail #BMT #Livan #Beyrut #BMT Təhlükəsizlik Şurası #UNIFIL #İsrailli məskunlaşanlar #Melhem Xələf

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31

Son Xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.