8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Antonio Quterreş Suriyaya səfər edən ilk BMT Baş katibi olacaq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş şənbə günü Suriyaya səfər edəcək. Bu, 2011-ci ildə başlayan və yüz minlərlə insanın ölümünə, milyonlarla insanın isə məcburi köçkünə çevrilməsinə səbəb olan müharibədən sonra vəzifədə olan BMT başçısının ölkəyə ilk səfəri olacaq. Səfər 2024-cü ilin sonunda üsyançı qüvvələrin keçmiş prezident Bəşşar Əsədi hakimiyyətdən göndərməsindən sonra Suriyanın beynəlxalq arenaya qayıdışı istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilir.

25 İyul 2026 11:12
Antonio Quterreş Suriyaya səfər edən ilk BMT Baş katibi olacaq

BAKI,VOA Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş şənbə günü Suriyaya səfər edəcək. Bu, 2011-ci ildə başlayan və yüz minlərlə insanın ölümünə, milyonlarla insanın isə məcburi köçkünə çevrilməsinə səbəb olan müharibədən sonra vəzifədə olan BMT başçısının ölkəyə ilk səfəri olacaq.

Səfər 2024-cü ilin sonunda üsyançı qüvvələrin keçmiş prezident Bəşşar Əsədi hakimiyyətdən göndərməsindən sonra Suriyanın beynəlxalq arenaya qayıdışı istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilir.

BMT Baş katibinin Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşü planlaşdırılır. Əş-Şəraa 2025-ci ilin noyabrına qədər BMT Təhlükəsizlik Şurasının terrorla bağlı sanksiyalar siyahısında yer alıb.

Quterreşin həmçinin Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani, hökumət nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcəyi gözlənilir.

BMT sözçüsü Stefan Düjarrikin sözlərinə görə, Quterreş görüşlər zamanı Suriyanın qarşısında yalnız müharibənin nəticələrini aradan qaldırmaq deyil, həm də daha sabit, inklüziv və firavan gələcəyin təməlini qurmaq imkanının olduğunu vurğulayacaq.

Baş katibin Dəməşqdə bir neçə gün qalacağı bildirilsə də, səfərin tam proqramı açıqlanmayıb.

Suriyanın beynəlxalq sistemə reinteqrasiyası

Quterreşin səfəri Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfərindən bir neçə həftə sonra baş tutur. Makronun Dəməşqdə qaldığı hotel yaxınlığında baş verən iki partlayış həmin səfərin əsas gündəm mövzularından biri olmuşdu.

Əhməd əş-Şəraa hökuməti təxminən 14 illik müharibədən sonra ölkənin iqtisadiyyatını bərpa etməyə və beynəlxalq əlaqələrini genişləndirməyə çalışır.

Bununla belə, keçid dövrü məzhəb zəminində baş verən zorakılıq hadisələri ilə müşayiət olunub.

Ötən il Əhməd əş-Şəraa 1967-ci ildən sonra BMT Baş Assambleyasının sessiyasında iştirak edən ilk Suriya prezidenti olub.

ABŞ da son aylarda Suriyaya qarşı tətbiq olunan genişmiqyaslı sanksiyaların əksəriyyətini ləğv edib. ABŞ Prezidenti Donald Tramp isə bu ayın əvvəlində Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması niyyətində olduğunu açıqlayıb.

Quterreş parlamentdə çıxış edəcək

BMT Baş katibinin səfər çərçivəsində bazar ertəsi Suriyanın yeni parlamentində çıxış etməsi gözlənilir.

Quterreş həmçinin onilliklərdir İsrail və Suriya qüvvələri arasında tampon zonaya nəzarət edən BMT sülhməramlı qüvvələrinin yerləşdiyi bölgəyə baş çəkəcək.

Bəşşar Əsədin hakimiyyətdən göndərilməsindən sonra İsrail ordusu Suriyanın cənubunda yeni ərazilərə nəzarəti ələ keçirib. Dəməşq isə İsrail qoşunlarının həmin ərazilərdən çıxmasını və 1974-cü il qüvvələrin ayrılması sazişinə qayıdılmasını tələb edir.

Məqalədə: #BMT #Suriya xəbərləri #Suriya müharibəsi #Əhməd əş-Şəraa #BMT Baş katibi #Suriya Prezidenti Əhməd əŞ-Şəraa #Bşşar Əsədd #Suriyada siyasi keçid #Suriyanın beynəlxalq reinteqrasiyası

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

7 Sentyabr 19:25

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.