7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

Hannibal Qəddafinin səhhətindəki pisləşmə liviyalıların onun azadlığa buraxılması tələblərini yenidən gündəmə gətirib

Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibalın Livanda saxlanılması fonunda səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlər bir çox liviyalını onun azadlığa buraxılması üçün təcili tədbirlər görməyə çağırmağa vadar edib.

4 Oktyabr 2025 18:10
Hannibal Qəddafinin səhhətindəki pisləşmə liviyalıların onun azadlığa buraxılması tələblərini yenidən gündəmə gətirib

BAKI,AzerVoice

Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibalın Livanda saxlanılması fonunda səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlər bir çox liviyalını onun azadlığa buraxılması üçün təcili tədbirlər görməyə çağırmağa vadar edib.

AzerVoice xəbər verir ki, Hannibalın Beyrutdakı Daxili Təhlükəsizlik Qüvvələrinin binasında saxlanıldığı həbsxanadan xəstəxanaya köçürüldüyü bildirilir. Mətbuatda onun vəziyyətinin ağır olduğu və “həyatına təhlükə yaradan sağlamlıq böhranı” yaşadığı barədə xəbərlər yayılıb.

Liviya Qəbilələr İttifaqının Xarici Əlaqələr üzrə müşaviri Xalid əl-Ğuveyl “Aş-Şərq əl-Əvsat” qəzetinə açıqlamasında Livan hakimiyyətini “ədalətdən uzaq qisas atmosferinə son qoymağa” çağırıb.

“Hannibal Qəddafi artıq illərdir heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılır. Bu, hüquqi və insani prinsiplərlə ziddiyyət təşkil edir.”-deyə o bildirib.

Onun sözlərinə görə, Livan hökuməti istəyirmi ki, Qəddafinin oğlu həbsdə ölsün? Əgər bu baş versə, bu, Livan hüquq sisteminin tarixində silinməz bir ləkə olacaq.”

Liviya daxilində səslənən çağırışlarda Hannibalın azadlığa buraxılması üçün Tripolidəki səlahiyyətlilərin dərhal müdaxilə etməsi tələb olunur.

Mətbuata görə, Hannibal Qəddafi 2024-cü ilin 22 iyununda sağlamlığının kəskin pisləşməsi və aclıq aksiyasına başlamasından sonra xəstəxanaya yerləşdirilib. O, 2015-ci ildən bəri məhkəməsiz şəkildə həbsdə saxlanıldığına etiraz olaraq aclıq elan etmişdi.

Məqalədə: #Beyrut #Liviya #Seyf əl-İslam Qəddafi #Müəmmər Qəddafi #Liviya Müəmmər Qəddafinin devrilməsi #Hannibal Qəddafi

Mövzu üzrə digər xəbərlər

1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

1 Sentyabr 03:00
Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi
Tarixdə bu gün

Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

1 Sentyabr 02:00
Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi
Tarixdə bu gün

Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi

25 Avqust 04:28
Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb
Livan

Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

21 Avqust 19:50

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.