5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

Misir 16,5 milyard dollarlıq "Yeni Delta" layihəsinə start verdi

Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün (bazar günü) dəyəri 800 milyard Misir funtu (təxminən 16,5 milyard dollar) olan "Yeni Delta" layihəsinin açılışını edib. Bu nəhəng kənd təsərrüfatı layihəsi Nil çayının qərbindəki geniş səhra ərazilərini 2,2 milyon fədan (təxminən 924 min hektar) sahədə kənd təsərrüfatı torpaqlarına çevirməyi hədəfləyir.

18 May 2026 09:00
Misir 16,5 milyard dollarlıq "Yeni Delta" layihəsinə start verdi

BAKI,VOA

Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün (bazar günü) dəyəri 800 milyard Misir funtu (təxminən 16,5 milyard dollar) olan "Yeni Delta" layihəsinin açılışını edib. Bu nəhəng kənd təsərrüfatı layihəsi Nil çayının qərbindəki geniş səhra ərazilərini 2,2 milyon fədan (təxminən 924 min hektar) sahədə kənd təsərrüfatı torpaqlarına çevirməyi hədəfləyir.

ArabAZ xəbər verir ki, Misir Prezidenti bildirib ki, Sisi Giza vilayətindəki Şeyx Zayed oxunda (keçmiş Əl-Dabaa oxu) layihənin açılışını reallaşdırıb. Qeyd olunub ki, layihə bütün dövlət qurumlarının səylərinin birləşdirilməsi və özəl sektorun fəal iştirakı ilə həyata keçirilir. Hazırda layihədə təkcə kənd təsərrüfatı istehsalı sahəsində 150 şirkət fəaliyyət göstərir, digər sahələr üzrə isə yüzlərlə şirkət prosesə cəlb edilib.

Prezident Sisi bildirib ki, layihənin ümumi dəyəri 800 milyard funta yaxındır və hər bir fədan torpağın yaradılması dövlətə 350-400 min funta (təxminən 6 500 – 7 500 dollar) başa gəlir. Bundan əlavə, layihə çərçivəsində ümumi uzunluğu 12 min kilometrə çatan yeni yollar şəbəkəsi inşa edilib.

Su problemi necə həll olunur?

Layihə üçün kifayət qədər su resurslarının tapılması məsələsinə toxunan Sisi bildirib ki, Delta vilayətlərindəki əkin sahələrindən gələn drenaj suları toplanaraq üçmərhələli təmizləmə sistemindən keçiriləcək. Suyu nəql etmək üçün hər birinin uzunluğu 150 kilometr olan Şimal və Şərq magistral su kanalları inşa edilib.

Misir prezidenti qeyd edib ki, suyun toplanaraq daşınması torpaqların təbii coğrafi meylinin əksinə olduğu üçün 2,2 milyon fədan ərazini su ilə təmin etmək məqsədilə 19 əsas nasos stansiyası tikilib. Həmçinin bu stansiyaların fəaliyyətini təmin etmək üçün ümumi gücü təxminən 200 meqavat olan elektrik stansiyaları qurulub.

Hakimiyyətin strategiyasına əsasən, ölkənin köhnə kənd təsərrüfatı torpaqları (Nil deltası) ilə yeni ərazilər ("Yeni Delta") arasında inteqrasiya yaradılacaq. Belə ki, buğda və qarğıdalı kimi ənənəvi məhsullar məhsuldarlığı yüksək olan Nil vadisindəki gilli torpaqlarda, səhra tipli yeni torpaqlarda isə şəkər çuğunduru kimi bu iqlimə uyğun bitkilərin yetişdirilməsinə üstünlük veriləcək.

Prezident Sisi vurğulayıb ki, "Yeni Delta" layihəsi təxminən 2 milyon daimi iş yeri təmin edəcək. O əlavə edib ki, kənd təsərrüfatı işlərini özəl şirkətlər həyata keçirəcək, lakin dövlət tərəfindən müəyyən edilmiş əkin dövriyyəsinə uyğun olaraq strateji məhsulların yetişdirilməsi onlarla razılaşdırılacaq.

Məqalədə: #Misir #Qədim Misir #Giza Piramidaları #Nil Deltası #Əbdülfəttah Candali #Şeyx Zayed #Yeni Delta

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir
Misir

Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

3 Sentyabr 16:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.