5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev: Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir

15 Fevral 2024 11:33
Prezident İlham Əliyev: Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir

Bakı. AzerVoice:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

AzerVoice xəbər verir ki, Aleksandar Vuçiçi və bütün Serbiya xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən dövlətimizin başçısı məktubunda bildirib: “Sizin qətiyyətli liderliyiniz sayəsində dost Serbiya hərtərəfli inkişaf edir və böyük uğurlara imza atır. Keçən ilin sonunda ölkənizdə baş tutmuş növbədənkənar parlament seçkilərinin nəticələri Sizin həyata keçirdiyiniz ümummilli siyasətə, əzmkar fəaliyyətinizə xalqınızın dəstəyini, Sizə olan inam və etimadı bir daha bariz şəkildə təsdiq etdi.

Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim”.

Azərbaycan Prezidenti qeyd edib ki, siyasi əlaqələrimizin yüksək səviyyəsi, qarşılıqlı ali səfərlər və davamlı təmaslarımız bütün sahələr üzrə fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımızın növbəti əyani nümunəsidir.

“Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi olduqca genişdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığının böyük potensialından tam şəkildə istifadə etmək və strateji tərəfdaşlığımızı daha da gücləndirmək məqsədilə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev: Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.