5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

27 Mart 2025 10:54
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

AzerVoice xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.

Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir.

Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.

Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.

Kəndin girişində inşa edilmiş bu binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq. Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait mövcuddur.

Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beş otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir.

x x x

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.

Bildirilib ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımı şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu idman qurğusundan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, 30 ilə yaxın davam etmiş işğal nəticəsində həmin rayonlardakı təhsil müəssisələri də tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm və ardıcıl işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.